Qalxanvari vəz və ona aid 6 mif
20 Yanvar 2021
Konsultasiya zamanı pasiyentlərdən çox vaxt maraqlı suallar eşitmək olur, xüsusən də söhbət zob xəstələrindən gedirsə. Nədənsə bu kiçik, amma eyni zamanda insan orqanizmində çox mühüm rol oyanayan vəzin xəstəlikləri pasiyentlərdə əsassız təşvişin yaranmasına səbəb olur.
Bu gün qalxanvari vəzə aid bəzi doğru bildiyimiz yanlışlar haqqında danışmaq istərdim.
- Qalxanvari vəzin bütün xəstəlikləri orqanizmdə yod çatışmazlığı nəticəsində yaranır. Bu, təbii ki, yanlışdır. Bəli, yod tiroid hormonlarının sintezində iştirak edən vacib mikroelementdir və onun çatışmazlığı endemik ur adlanan xəstəliyin yaranmasına yol aça bilər. Lakin qalxanvari vəzin bir sıra autoimmun mənşəli və digər xəstəlikləri var ki, orqanizmdə yodun miqdarı ilə heç bir əlaqəsi yoxdur. Təyinat verərkən zob həkiminiz xəstəliyiniz haqqında sizə ətraflı məlumat verəcək.
- Qalxanabənzər vəzdə düyün aşkarlanıbsa söhbət 100% onkoloji xəstəlikdən, yəni xərçəngdən gedir. Bu fikir də düzgün deyil. Əksər hallarda aşkarlanan düyün xoşxassəli kolloid urdur. Əgər düyünün ölçüsü 1 sm-dən kiçikdirsə, sadəcə olaraq dinamik müşahidə məsləhət görülə bilər (6 aydan sonra eyni mütəxəssis yanında və eyni USM apparaturasında təkrar baxış). Böyük ölçülü düyünlərdə və şübhəli hallarda xəstə NİAB (nazik iynəli aspirasion biopsiya) müayinəsinə göndərilir. Təbii ki, göndəriş Bakı şəhərində sizi müşahidə edən endokrinoloq tərəfindən verilir.
- Zob xəstəlikləri yalnız böyüklərdə rast gəlinir, uşaqlarda yaranması mümkün deyil. Yanlışdır. Qalxanvari vəzin funksional çatışmazlığı, yəni hipotireoz anadangəlmə də ola bilər. Və məhz anadangəlmə hipotireoz əsas təhlükə yaradan forma hesab olunur. Çünki belə uşaqlar vaxtında düzgün müalicə almazsa, gələcəkdə fiziki və əqli inkişaflarında ciddi problemlər yaşaya bilərlər.
- Zob xəstəliyi yaranmaması üçün profilaktik olaraq gündəlik bir damcı yod preparatını bir stəkan süddə həll edib içmək məsləhətdir. Bunu qətiyyən etmək olmaz! Yodun bir damci spirtli cövhərində yüksək dozada elementar yod var, hansı ki, vəzin fəaliyyətini bir neçə aylıq tam dayandıra bilər. Siz yoda olan gündəlik tələbatınızı dəniz məhsullarından və yodlaşdırılmış duzun istifadəsindən ala bilərsiniz.
- Bütün zob xəstələrinin gözlərində bərəlmə müşahidə olunur (oftalmopatiya). Qeyd edim ki, endokrin oftalmopatiya adətən yalnız Qreyvs-Bazedov xəstəliyi zamanı (diffuz-toksiki ur) müşahidə oluna bilər. Nadir hallarda qalxanvari vəzin digər autoimmun xəstəlikləri ilə birlikdə yaranır. Hətta bu xəstəliklərdən bir neçə il öncə və ya sonra da yarana bilər.
- Zobu tam götürülmüş (total tireoidektomiya keçirmiş) xəstə ömürlük əlil hesab olunur. Bu da düzgün deyil. Bu insanlar əvəzedici müalicə almaqla tiroid hormonlarını tam normada saxlaya bilərlər (gündəlik cəmi bir preparatın qəbulu hesabına). Təbii ki, adekvat doza hər xəstə üçün həkim-endokrinoloq tərəfindən təyin olunur, və pasiyent müxtəlif zaman intervalları ilə təkrar müayinələrdən keçir.
Salam hekim.Bezen zeherli zob deyirler hansi ki onda yod artiqligi var beledirmi?Qrupdaki fikirler mene maraqli olur ondan qrupdayam amma hekim deyilem.
Salam, Firuzə xanım. Zəhərli zob (tireotoksikoz) qalxanvari vəzin bir çox xəstəliyi zamanı rast gəlinə bilər. Səbəblər müxtəlifdir, autoimmun proseslərdən tutmuş beyində (hipofizdə) olan şişlərə kimi. Həkim-endokrinoloqun da əsas işi hər xəstədə bu səbəbi araşdırmaq və düzgün müalicə sxemi təyin etməkdir. O ki qaldı yod artıqlığına: zəhərli zob zamanı yod tərkibli qidalardan istifadə etməmək məsləhət görülür (hormonal fon normallaşana kimi) çünki bu mikroelement vəzin hormonlarının sintezində iştirak edir və beləliklə vəziyyəti bir az da pisləşdirə bilər.
6ilə yaxindirki zob var.Her 3aydan bir mualice almaq bezdirir,1ilden çoxdur ki mualice almiram bogulmalar falan olur arada.Bes bunun tam mualicesi yoxdurmu?Birdefelik ve yaxud zamanla aradan qalxsin.
Nailə xanım, baxır vəzin hansı xəstəliyindən söhbət gedir. Bəzilərində tam sağalma mümkündür, bəziləri isə ömürlük əvəzedici müalicə tələb edir.
Çox sağolun.
Mənə illər öncə autoimmun zoba görə müalicə təyin edildi. Yəni ömürlük tablet içməli idim.Amma həkim demişdi 7-8 aydan bir analiz verim,ehtiyac olarsa doza dəyişdiriləcək. Düzü analiz verməkdə səhlənkarlıq etdim,amma yoxladanda da normal çıxırdı. Mən də dərman etmirəm. Bilirəm,düz etməmişəm. İndi nə məsləhət görərsiz? Zob üçün olan bütün analizləri yenidən verməliyəm?(əslində buna imkan da yoxdur)
Leyla xanım, autoimmun tireoiditin hipotireoz (hormonal çatışmazlıq) mərhələsi yaranıbsa bəli, xəstə ömürlük əvəzedici müalicə almalıdır, və mütəmadi olaraq təkrar müayinələrdən keçməlidir doza seçimində yanlışlıq olmaması üçün.
Əgər sizin analizlərinizin cavabı hormonal müalicə alarkən normal nəticələnirdisə, demək o dövr üçün dozanız adekvat olub (və həmin dozanı davam etməlisiniz). Yox əgər heç bir müalicə almadan nəticələr normal idi, o başqa (demək ki autoimmun prosesin baş verməsinə baxmayaraq vəz öz funksiyasını yetərincə görür). Məsləhət görərdim endokrinoloqunuza baş çekəsiniz.
Mende daha cox soyuq havalarda bogulma artir. Daha cox yatanda. Amma analiz verdim zob ucun normal cixdi. Daha cox qısıq səslə danışanda və ya əsəbləşəndə boğazımda ağrılar olur bu nəyin əlaməti ola bilər?
Bir çox səbəb ola bilər. Əgər tiroid problem inkar olunubsa, nevroloq və LOR mütəxəssisi baxış keçirə bilər.
Salam.mende hipotiroid ve men artıq necə ildir ki l tiroksin 100 wedul edirem.amma her defe analiz verende neticeler ferwli cixir.bezen hekim 5 gün 100 Luk 2 gün 125 qəbul etmeyi meslehet görür.qeyd edim ki dermanı vaxtinda hergunseher acqarina yemekden yarım saat önce qəbul edirem.bunu sabit tutmanin bir yolu yoxdurmu?
Salam. Belə halların baş verməməsi üçün sizə məsləhət görərdim:
1. Analizləri eyni laboratoriyada verəsiniz.
2. Dərman qəbulunu unutmayasınız.
3. Dərman preparatını eyni yerdən əldə edəsiniz.
Əgər buna baxmayaraq problem yenə davam edirsə, endokrinoloqunuzu dəyişəsiniz.
Salam Ayna xanim, hormon analizleri tam normal olub, ancaq zobun olcusu boyuk oldugu ucun emeliyyat mutleq edilmelidirmi? Olcu 3mm dir.
Salam, Zərnigar xanım. Ölçüdən və digər məqamlardan asılıdır. Əgər söhbət həqiqətən də 3 mm-lik düyündən gedirsə, təbii ki, xeyr.
Çox sag olun, doktor. Tirads 4 olaraq deyerlendirilib ve emeliyyat gosterisi verilib. Hormonlari tam qaydasindadir, sadece hecmi boyukdur deyilib.
Thirads 4 maliqnizasiyanın yüksək riski deməkdir. Nəticələrlə yaxından tanış olmaq lazımdır.
Men de zob var meni cox eseblewirem yeni yaranib menim hekim deyirki meyililim olub sitresde gecirdibsiz yaranib birinci qanda cixdi sonra vezi 2mm dediyine gore uzunin
salam zobun bes erke diwiside deyiler onu nece bilmek olur birde zeherli olub olmadigini nece bilmek olar
Salam, Natəvan xanım. Zobun erkek və dişi kimi anlayışı yoxdur tibbdə (el arasında istifadə olunur). Zəhərli olub olmamağını isə xüsusi hormonal müayinədən keçərkən öyrənmək olar (baxış zamanı endokrinoloq tərəfindən təyin olunur).
Salam, Ayna xanım. Mən son bir ayda təlim keçməyimlə əlaqədar olaraq çox danışıram. Dünən boğazımda şişkinlik olduğunu hiss etdi ətrafımdakı adamım. O hiss etməyincəyə qədər boğazımda heç bir ağrı hiss etməmişdim. Dedikdən sonra yalnız ağız şirəsini udqunanda bir az çətinliyim olduğunu hiss etdim odaki şiş yuxarı qalxıb endiyindən bir az çətinliyim var birdə boğazda gəlmə kimi halım var heç bir soyuq bir şey yeməmişəm (şişkinlik yuxarı qalxanvari vəzinin bir tərəfindədir) digər zoba dair heç bir əlaməti yoxdur. Bu zob yoxsa faringitdir və çox danışmağımdan yarana bilərmi?
Salam, Cəmilə xanım. Çox guman ki, zobla əlaqəsi yoxdur, sinir sistemi ilə də əlaqəli ola bilər. Hər halda dəqiqləşdirmək üçün əyani kontrola ehtiyac var. Uğurlar!