Zob xəstəliyi nədir?
Keçmişdə “zob” sözü ilə boğazda görünən hər hansı şişkinliyi işarə edirdilər. Əslində bu söz rus dilinə məxsusdur. Azərbaycan dilinə tərcümədə isə buna “ur xəstəliyi” deyilir. O zamanlar tireodologiya elmindən və hətta qalxanvari vəz haqqinda bizim bildiklərimizdən heç kəsin xəbəri belə yox idi.
O vaxtdan bu günə kimi tibb elmi çox inkişaf etmişdir, lakin “zob xəstəliyi” və ya “ur” terminlərdən indiyə dək istifadə olunur. Əslində qalxanvari vəzin uru heç də konkret xəstəliyinin adı deyil. Sadəcə olaraq, bir çox xəstəliklərlə müşayiət olunan vəzin vizual müşahidə olunan böyüməsidir.
Qalxanvari vəzin ur xəstəliyinin bir neçə növü mövcuddur:
- diffuz və ya düyünlü
- endemik və ya sporadik
- toksiki və ya qeyri-toksiki
- hiper-, hipo- və ya eutireozla müşayiət olunan
Zob xəstəliyini və onun dərəcəsini necə müəyyən etmək olar?
Əlbəttə ki, ur dərhal gözə görünən ölçülərə kimi artmır. Öncədən onu yalnız USM apparatı vasitəsi ilə müşahidə etmək olar. Bir müddət keçəndən sonra “zobu” hətta palpasiya metodu ilə də görmək olar. Adətən, “zob” xəstəliyi qadınların boyun gözəlliyinə ziyan vurur.
Endokrinoloqlar böyümə dərəcəsinə görə ur xəstəliyinin təsnifatını belə qəbul edirlər:
- 0 – ur nə zahirən nə də palpasiya metodu ilə görünmür
- 1 – ur zahirən görünmür, lakin palpasiya ilə müşahidə olunur
- 2 – ur həm zahirən, həm də palpasiya ilə görünür
Burada qiymətləndirmənin əsas metodu palpasiyadır. Xəstələrin özləri tərəfindən qalxanvari vəzin müayinə edilməsi haqqında məlumatları olmalıdır.
Diffuz və ya düyünlü zob?
Vəz toxumalarının bərabər böyüdüyü ura diffuz ur deyilir. Əgər vəzin yalnız bir hissəsi artıb, vəzdə düyünlər aşkar edilibsə, söhbət düyünlü urdan gedir. Bu iki variantın birləşməsi qarışıq ur xəstəliyi adlanır.
Simptomlar haqqında
Əslində ur sadəcə olaraq bir simptomdur. Aydın məsələdir ki, boyun nahiyyəsində böyüyən toxuma gec ya tez qonşu orqanlara təsir etməyə başlayır.Adətən, ilk olaraq nəfəs yollarında (traxeyada) problem yaranır: öskürmə, boğulma və s. Ur artaraq, qida borusuna da təsir edə bilər.
Ur xəstəliyinin sizin həyatınıza necə təsir göstərəcəyi vəzin funksiyasından asılıdır. Bir çox şey baş verə bilər. Məsələn, funksiyanın artması (hipertireoz), azalması (hipotireoz) və yaxud dəyişilməməsi (eutireoz). Eutireozlu ur bu xəstəliklər sırasında ən sadə variantdır və yalnız estetik defektlərlə müşayiət olunur.
Endemik zob nə deməkdir?
Hər hansı konkret əraziyə xas olan “zoba” endemik “zob” deyilir. Burada söhbət konkret ərazidə yaşayan insanların orqanizmində yod çatışmamazlığından gedir. Axı biz yodu hava, su və ya qida ilə alırıq.
Dağlıq ərazilər, boz torpaqlı rayonlar bu cür endemik zonalara aiddir. Anladığınız kimi belə ərazilər Azərbaycan ərazisində geniş yayılmışdır. Endemik zob yod çatışmamazlığı nəticəsində yaranır.
Əgər həmin vəziyyət yod qıtlığı olmayan ərazilərdə yaşayan əhalidə müşayiət olunarsa buna sporadik zob xəstəliyi deyilir. Bu xəstəliyin səbəbləri arasında autoimmun tireoidit (Xaşimoto xəstəliyi) liderlik təşkil edir.
Muayinə və müalicə məqsədləri
Qalxanvari vəzin ölçülərini və funksiyalarını müəyyən etmək çox vacibdir. Hamımızın anladığı kimi, “zobu” yox, konkret xəstəliyi müalicə etmək gərəkdir. Diaqnoz qoyularkən, “ur” sözünün önündə mütləq bir neçə dəqiqləşdirən sifətlər olmalıdır. Bunlar konkret hallarda müalıcə taktikasını müəyyən edirlər. Urun həddindən artıq böyüməsi və digər toxumalara mənfi təsir göstərməsi əməliyyata göndərilmə səbəbi ola bilər.
Əlbəttə ki, “zobu” özünüz aşkar etsəniz belə mütləq əyani olaraq endokrinoloqa müraciət etməlisiniz. Bu məqalə muayinə və müalicəni əvəz etmir, sadəcə olaraq urun növləri və səbəbləri haqqında sizə məlumat vermək üçün yazılmışdır.
Salam doktor.sağ pay-2,2mm kolloid kista var.bu ne derecede tehlukelidi?hamile qala bilmemekle elaqesi ola biler?
Salam. Təhlükəli deyil. Hamiləliklə əlaqəsi yoxdur.
salam.Mende usm de 2 defe yoxladanda zob cıxmayıb amma bogulmalarım olur.Ola bilermi usm de cıxmayıb amma qanda cıxsın qandan analiz vermeyime ehtiyac varmı zehmet olmasa deyerdiz
Salam. Bəli, ola bilər.
Salam men tsh analizi verdim ama seher yemeyin 9 da yemisdim 11 isdemis 12 deyqe analizi verdim cavabi duzgun çixa biler özelde verdim.birde zobu olan insanda urek doyuntusu neçe olmalidi zehmet olmasa deyerdiz evvelceden tesekkurler🙏 😐
Salam. TSH analizi səhər saatlarında ac qarına verilməlidir.
Salam hekim zəhərli zob qizdirma verirmi.?aşagi qizdirma yani 37_2,37,3falan
Salam, Lətafət xanım. Bəli, subfebril qızdırmaya səbəb ola bilər.
Salam doktur mende duyunlu zobdu biobsi edibler sukur yaxsi cixdi . 3 ildi artiq men yene biobsi etmeliyem ? Birde doktur axsam terefi olanda mende ozumnen asli olmayaraq heyacan olur zobnan baglıdı?
Salam, Aygün xanım. Təkrar biopsiya müayinəsi düyünün hər hansı bir ölçüsündə əhəmiyyətli dərəcədə böyümə müşahidə olunduqda və yaxud USM nəticəsinə əsasən şübhəli hal yarandıqda məsləhət görülür.
Salam doktor.men iki defe azi 1 il fasileyle usm muayine eletdirmisem birinde 3 duyun digerinde 6 duyun olduqunu bildiribler…qanda analoz vermisem amma tsh t3.t4 ,antitpo. normadi.eseblesende bogulmalarim olur.duyunlerin artmasi amma qanda hormonun deyismemesi her hansi risk ola bilermi?tesekkur edirem
Salam. USM-in və qan analizlərin cavabları ilə əyani olaraq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Təəssüf ki, nəticələri görmədən adekvat cavab vermək mümkün deyil.
Salam hekim men teze usm kecdim mene dediki. QALXANVARİ VEZİ SMETRİK YERLESİB. STRUKTURU QEYRİ HEMCİNSDİR
SAG PAYİN OLCUSU 15×13×47
HECMİ 5.2SM³(N<7SM³)
SOL PAYİN OLCUSU 15×12×43
HECMİ 4.3SM³(N<7SM³)
BOYUN HİSSE 3mm
Sol payda 3×3mm ölcude homogen strukturlu sahe qeyd olunur.
Boyunun sol terdfinde 7×4mm 6×4mm, boyunun sag terefinde 6×3mm,6×4mm olcude hipoexogen strukturlu boyumus linfa duyunler qeyd olunur hekim bu usm analizinde qorxulu nese var? Zehmet olmasa cavab yazardiniz onceden tesekur
Salam. Mənim usm nəticələrində zob çıxmadı. Amma qan analizində azda olsa var dedilər. Bu nə deməkdi? Ur olmadan qanda zob ola bilərmi və neyləmək lazımdı?
Salam, Pərvanə xanım. Bəli, ola bilər. Müayinələrin məticələri ilə endokrinoloqa əyani şəkildə çüraciət edin.
Salam .zobun analizine dovlet xestexanalarinda yoxlatdirmag olmur?
Salam. Olur.
Salam,menim sol dowumde agri var USMde dediki hekim sud axari genislenmesi var.TSH PROLOKTIN qanda verdim.Proloktin normal cixdi ama TSH yuksek zob oldugumu dediler.Bilmek isteyirem zob xesteliyi sine agrisi yarada bilermi???
Salam. Xeyr.
Məndə də dedilər zobdan mastopatiya yaranib
Salam doktor. 2014 de zobdan emeliyyat olmusam. Hekim mene bir nece duyun sagladigini onlara deymediyini soyledi. Indi men aileliyem. Bir nece defe usag inkisafdan qalib. Iki ildi hamile qala bilmirem. Mene cox insan zobdan emeliyyat oldugum ucun bunlari yasadigimi deyir. Sizce dogrudurmu? Ovladim oldugdan sonrami emeliyyat etdirmeliydim zobu?
Salam doktor. Men 2014 de emeliyyat olmusam. Bir nece duyun saxlanilib. Indi aileliyem. Ve ovladim olmur. Iki defe inkisafdan qalan hamilelik ve boru hamileliyi olub. Mene zobdan emeliyyat oldugum ucun bunlarin var oldugunu deyirler. Dogurudurmu? Gerek ovlad sahibi olardim sonrami emeliyyat etdirerdim?
Salam, Aytən xanım. Əgər tiroid hormonlar normaldırsa, onunla bağlı deyil.
Salam doktor. Zobdan emeliyyat olmaq sonradan hamile qalmaga ve ya saglam sekilde dunyaya getirmeye mane olur mu?
Salam. Əgər adekvat müalicə aparılarsa, xeyr.
Salam hekim. Menim mamamin 60 yawi var. Demeli zobu var onun. Bu gun usm kecib. Hekim deyib ki, evvelkine baxanda sertlewib. Biopsiyaya gonderib bu gun. Cox narahatdi. Stres kecirdir ki, demeli mende nese varki biopsiyaya gonderib hekim. Usm cavablarin size deyim. Sag payda olculer 1.6 sm
1.86 sm
3.9 sm
Keskin diffuz deyiwmiwdir. Sertlewmiwdi, qeyri homogen, hiperexogen, iri deneli
Sol payda
2.0 sm
1.9 sm
4.3 sm
Keskin diffuz deyiwilmiwdir.
Vezinin umumi olcusu: 13.38 sm
Boyunun sol 2/3 pr-da 0.95×0.45 sm reaktiv l/duyununun qeyd olunur. Qurban size etrafli deyerdizde. Qorxuludur? Cavab cixana qeder ureyimiz partlayir.
Salam həkim səsimdə karlaşma var təhlükəlidirmi?
Salam, Nigar xanım. Sizin sualınızı yalnız əyani baxışdan sonra cavablandırmaq olar.
Salam həkim,məndə T3 və T4normadan aşağı,TSH isə normadan çox yuxarıdır,USM-ə düşdüm,qeyri-hemogendir,sağ payda 14:16mm,sol payda 6:18 mm ölçüdə heterogen düyünlər və hipoexogen sahələr izlənilir dedi,nəticədə qarışıq zob dioqnozu qoyuldu.Qorxuludurmu?
Salam, Səidə xanım. Manifest hipotireoz var demək ki. Müalicə təyin edib, normaya salmaq olar. Düyünlər barədə məlumat verə bilməyim üçün USM protokolu ilə tanış olmalıyam. Buyurub, müraciət edə bilərsiniz.
Doktor mende tsh normal (1774) amma ft3 5.86 cixdi zob var mende indi? Ve yaxud yaranib?
Salam. TSH 1774 ola bilməz.
salam doktor məndə dil at şiş var və gecələri boğuluram nəfəsala bilmirəm zob əlaməti ola bilər?
Salam, Rəhilə xanım. Dəqiqləşdirmək üçün bəzi müayinələrə ehtiyac var. Qəbula yazılıb yaxınlaşa bilərsiniz: 050-455 80 17.
Salam doktor.Mən zobdan əziyyət çəkirəm.Mənim analizlərimin nəticələrində haşmota çıxıb Ağdamın həkimləri deyirki qorxulu fəsad verən bir şey deyil.Bu nə dərəcədə doğrudur?Zəhmət olmasa sualımı cavablandırardız
Salam, Uğur bəy. Düzgün nəzarət olunsa (hormonlar qaydasında saxlanılsa) problem olmayacaq, düzdür.
Salam məndə bəlğəm çox olur artığ 1 aydır, birdə boğulmalar da elə olur nəfəsim kəsilir ürəy döyntm artır və güclü baş ağrılarım olur ama şişkinlik yoxdu zob olma ehtimalı varmı ??
Salam. Əhtimal var, yoxlanılmadan dəqiq məlumat vermək mümkün deyil.