Yüksək prolaktinin səbəbləri
Yüksək prolaktinin səbəbləri müxtəlifdir. Normada qanda prolaktinin miqdarı kişilərdə və qadınlarda eyni deyil. Kişilər üçün yuxarı diapazon 7 nq/ml (140 mV/l) bərabərdir, qadınlarda isə bu rəqəm 12 nq/ml (240 mV/l)-dir. Laboratoriyaların əksərində isə yuxarı diapazon 27 nq/ml (540 mV/l) kimi çata bilər.
Lakin hiperprolaktinemiya diaqnozunu qoymaq üçün qanda yüksək prolaktinin olması bir neçə dəfə təsdiqlənməlidir. Yani bir dəfə yüksəlmiş prolaktin bunun üçün kifayət deyil. Ən azı 3 dəfə qanda prolaktinin miqdarı yüksək çıxdığı halda (ayrı-ayrı günlərdə yoxlamaq şərti ilə) müalicəyə başlamaq olar.
Yüksək prolaktinin səbəbləri
Yüksək prolaktinin səbəbi fizioloji (sağlam insanlarda aşkar edilir) və yaxud patoloji ola bilər. Fizioloji hiperprolaktinemiyanın yaranması bu hallarda mümkündür:
- tibbi manipulyasiyalar zamanı;
- yatma zamanı;
- fiziki məşğələlər zamanı;
- acliq zamanı (hipoqlikemiya);
- psixoloji stress zamanı;
- hamiləlik dövründə;
- laktasiya dövründə;
- süd vəzilərin məməcikərini qıcıqlandırdıqda;
- cinsə əlaqə zamanı (qadınlarda);
- çoxlu miqdarda zülal tərkibli məhsullardan istifadə etdikdə.
Patoloji hiperprolaktinemiyanın yaranma səbəbləri:
- hipotalamusun xəstəlikləri (herminoma, kraniofaringioma, qlioma, histiositoz, sarkoidoz, tuberkulyoz, metastazlar, radioaktiv şüalanma, arteriovenoz qüsurlar).
- hipofizin xəstəlikləri (prolaktinoma, qarışıq adenoma, “boş” türk yəhəri sindromu, hipofizin ayağının zədələnməsi, beynin kistaları, kraniofaringioma, meningioma).
- Digər xəstəliklər (birincili hipotireoz, yumurtalıqların polikistoz sindromu, xroniki prostatit, xroniki böyrək çatışmazlığı, qaraciyərin sirrozu, böyrək üstü vəzlərin çatışmazlığı, böyrək üstü vəzin qabıq maddəsinin anadangəlmə disfunksiyası, estrogen sintez edən şişlər, döş qəfəsinin zədələnməsi, herpes zoster, prolaktinin ektopik sekresiyası, idiopatik hiperprolaktinemiya).
Bundan başqa bəzi dərman preparatlarının qəbulu yüksək prolaktinin səbəbi ola bilər. Məsələn, neyroleptiklər, rezerpin, metildopa, narkotik preparatlar, antidepressantlar, estrogenlər, amfetaminlər, verapamil, halyusinogenlər, qusmaya qarşı preparatlar, histamin H2-reseptorların antaqonistləri və s.
Qanda yüksək prolaktin aşkar olunduğu halda mütləq həkim-endokrinoloqa müraciət etmək lazımdır. Həkim hiperprolaktinemiyanın səbəbini dəqiqləşdirdikdən sonra düzgün müalicə sxemini tədbiq edəcək. Yadınızdan çıxartmayın ki, ərkən mərhələlərdə yüksək prolaktinin müalicəsi daha effektiv olur.
Salam hekim men aybawimi iki gun oluram sonra hecne gelmir bu neyden ola biler?
Zehmed olmasa cvb yazardiz cox cox xaiw edirem
Saq dowumden aq axıntı gəlir quru halda görürəm herden
Salam syan xanım menim proloktinim 80.4. Bir aydi dosteniks icirem hamile qala bilerem
Salam mende hamilelikde inkisafdan qaldi 8 hefdelik proloktinim analiz verdim.7.10 cixdi yuksekdi? Ne dermani icim azalsin
Salam Hekim.Bağışlayın narahat edirəm..Sualımı cavablanırsaz çox sevinərəm.Men Prolaktin 705 çıxıb.TSH 1.1 bu hamilə qalmağa əngəldimi.
salam hekim mende prolaktin 23.24 cixdi norma 23.3 loborotoriyada. men derman qebul etmeliyemmi? bu netice hamile qalmaga mane olurmu?
Salam, Aysel xanım. Heç bir şikayət yoxdursa, xeyr.