Yodlu tor metodu nəyə gərək?

Sual: O doğrudur ki, “yodlu torun” köməyi ilə insan orqanizmində yodun defisitini təyin etmək olar?

Bu mif artıq neçə vaxtdır ki, bir populyar məqalədən başqasına ötürülür. İlk dəfə bu psevdometod barədə 20-25 il öncə “Krestyanka” jurnalında çap edilmişdir. Çox təəssüf ki, bu günə kimi də bəzi insanlar arasında “yodlu torun” möcüzəvi diaqnostik effektə malik olması barədə informasiya gəzir.

yodlu tor

Qeyd edim ki, “yodlu torun” dəriyə hopma sürətinin insan orqanizmində yodun defisit dərəcəsiylə heş bir əlaqəsi yoxdur. Bundan əlavə, bugünkü günə kimi hər hansı bir individual orqanizmdə yodun defisiti barədə xəbərdar edən heç bir etibarlı laborator müayinə üsulu mövcud deyil.

Periodik olaraq müəyyən zonada yaşayan insanlar arasında profilaktik kütləvi müayinələr aparılır. Bunun üçün ən etibarlı metod sutkalıq sidikdə yodun miqdarının laborator üsullarla ölçülməsi istifadə edilir, çünki qida ilə orqanizmə daxil olmuş yodun 90 faizi sidiklə ifraz olunur.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir