Tireotoksikozun əsas səbəbləri haqqında
Tireotoksikoz – qanda qalxanabənzər vəzin hormonlarının normadan artıqlığı ilə müşahidə olunan bir sindromdur. Tireotoksikozlu xəstədə laborator müayinə zamanı qanda TSH hormonunun normadan aşağı olması, T3 və T4 hormonlarının normadan çox olması görülür (manifest tireotoksikoz).
Tireotoksikoz sindromu qalxanabənzər vəzin bir çox patologiyasında rast gəlinə bilər. Bu sindromun əsas səbəbi kimi diffuz toksiki ur xəstəliyini qeyd etmək olar. Diffuz toksiki ur (Qreyvs xəstəliyi) qalxanvari vəzin ümumi həcminin normadan artıq böyüməsi ilə və orqanizmin tiroid hormonlarla zəhərlənməsi ilə (tireotoksikozla) müşahidə olunan bir xəstəlikdir.
Tireotoksikozun digər səbəbi – tireoiditlərdir. Bu əsasən autoimmun tireoidit (Haşimoto tireoiditi) və yarımkəskin tireoiditdir (de Kerven tireoiditi). Onu da qeyd etmək lazımdır ki, qalxanvari vəzin bu xəstəliklərində hər zaman tireotoksikoz olmur. Yalnız erkən mərhələlər tiroid hormonların çoxluğu ilə müşahidə oluna bilər.
Hamiləliyin ilk trimestri də yüngül tireotoksikozla müşahidə oluna bilər. Bu fizioloji bir vəziyyət olaraq qəbul olunur. Lakin hamiləlik zamanı diffuz toksiki ur da manifestasiya edə bilər. Bu cür hallar mütəxəssisdən yüksək diqqət tələb edir, – xəstəliyi zamanında aşkarlayıb, düzgün differensiasiya etməklə adekvar müalicə sxemi təyini altında hamiləliyi sonuna kimi uğurla başa çatdırmaq mümkün olur.
Salam mende tsh 28 cixdi..men urek rahatsizligi ve revmatizma dusunurdum cunki illerce onlardan mualice edibler ama hekim zobdan mualice almagimi soyledi..mense bir az narahatam mene ne meslehet gorerdiz.tesekkur edirem
Salam. Sizə mütləq endokrinoloqun qəbuluna yazılmağı məsləhət görə bilərəm.
Salam.bilmek isterdim ki, TSH hormonunun normadan awagi olmagi qanda yodun miqdarini artirir yoxsa azaldir?
Salam. Əlaqəsi yox. Lakin tireotoksikoz zamanı (TSH normadan aşağı oldüqda) yod tərkibli qidaların qəbulu məhdudlaşdırılmalıdır və yod tərkibli preparat qəbul olunursa mütləq dayandırılmalıdır (qalxanvari vəzin hormonların sintezində iştirak etdiyinə və tireotoksikozu bir qədər da ağırlaşdıra bildiyinə görə).