Sümüklərin sınığı və osteoporoz

osteoporoz

Osteoporoz – sümüklərin metabolik xəstəliyidir. Osteoporoz zamanı sümük toxumasının mineral sıxlığı azaldığı üçün sümüklərin sınma riski artır.

Sümüklərin sınığı müxtəlif səbəblərdən yarana bilər. Osteoporoz nəticəsində yaranan sınıqlarların xarakter xüsusiyyətləri var. Osteoporetik sınıq əksər hallarda xəstə öz boyunun hündürlüyündən yıxıldığı zaman yaranır. Statistikaya əsasən bu zaman ən çox bud sümüyünün boynunun, mil sümüyünün və bel fəqərələrinin snıqları qeyd olunur.

Osteoporozun yaranma səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi aşağıdakıları qəyd eləmək olar:

  • qadınlarda menopauza dövrü;
  • qocalma prosesləri;
  • endokrin patologiyalar (hiperkortisizm, hiperparatireoz, tireotoksikoz, hipoqonadizm, şəkərli diabet tip 1).
  • böyrək xəstəlikləri;
  • alkoqolizm;
  • revmatik xəstəliklər;
  • bəzi dərman preparatlarının qəbulu və s.

Osteoporoza şübhə yarandığı halda həkim-endokrinoloqa müraciət etmək məsləhət görülür. Vaxtında xəstəliyin qarşısı alınarsa, gələcəkdə sümüklərin patoloji sınıqlarının riskini xeyli azaltmaq mümkündür.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir