Subklinik hipotireoz diaqnozu nə zaman qoyulur?
Subklinik hipotireoz bugünkü gündə tez-tez rast gəlinən bir patologiyadır. Hansı hallarda pasiyentə subklinik hipotireoz dizqnozu qoyulur? Əgər laborator müayinələr zamanı məlum olur ki, qanda TSH normadan yüksəkdir, lakin buna baxmayaraq sərbəst T4 miqdarı (qalxanabənzər vəzin tiroksin hormonu) norma daxilindədir, “subklinik hipotireoz” diaqnozu qoyulur.
Sərbəst T3 (triyodtironinin) miqdarını ölçməyə ehtiyac yaranmır, çünki cavabdan asılı olmayaraq (normadan aşağı ya norma) söhbət subklinik hipotireozdan gedir. Başqa vəziyyət: qanda TSH miqdarı yüksəkdir və əlavə olaraq sərbəst T4, əksinə, normadan azdır. Bu da pasiyentdə hipotireozun olmasından sübüt edir, lakin subklinik formasından yox, bu manifest hipotireozdur!
Başqa sözlə, əgər hər iki hormonda müəyyən dəyişiklik varsa, manifest hipotireozdan söhbət gedir. Yalnız TSH-ın miqdarı artıbsa, bu subklinik hipotireozdur. Bundan əlavə, əgər TSH-ın miqdarı 10 mkME/m yüksəkdirsə, sətbəst T4-dən asılı olmayaraq pasiyentə yenə də manifest hipotireoz diaqnozu qoyulur.
Subklinik və manifest hipotireozun yaranma səbəblərindən biri autoimmun tireoiditdir. Lakin xəstədə autoimmun tireoidit diaqnozunu təsdiq etmək və adekvat müalicə sxemini müəyyən etmək üçün əlavə olaraq qalxanabənzər vəzin ultrasəs müayinəsi və qanda anti-TPO miqdarının ölçülməsi vacibdir.
Subklinik hipotireozun müalicəsi
Əgər pasiyentdə laborator müayinələr zamanı subklinik hipotireoz aşkarlanıbsa və hipotireoza xas olan şikayətlər varsa (dərinin quruluğu, saç tökülməsi, çəki artımı, zəiflik və s.) endokrinoloq tərəfindən əvəzedici hormonal müalicə sxemi təyin edilir. Əgər subklinik hipotireoz hamiləlik planlaşdıran və hamilə qadınlarda aşkar edilibsə, sintetik tiroksin preparatları ilə əvəzedici hormonal müalicəyə dərhal başlamaq lazımdır.
Hipotireozun olması dölun inkişafında müəyyən problemlər yarada bilər, ən əsası da ilk 12 həftə ərzində. Buna görə də hər hamilə qadın ilk günlərdən endokrinoloqa müraciət etməlidir və hipotireozun olub-olmamasını dəqiqləşdirmək üçün müayinələrdən keçməlidir.
Onu da qeyd edim ki, başqa insanlardan fərqli olaraq, hamiləlik zamanı qanda TSH-ın miqdarı 2,5-dən yuxarı olmamalıdır, xüsusilə də birinci trimestrdə. Daha ətraflı “Hamiləlik zamanı TSH miqdarı nə qədər olmalıdır?” oxuya bilərsiniz.
salam. zəhmət olmasa deyərdiniz. subklinik h. məndə təyin olunub. istiyə heç dözümüm yoxdur, ətrafların əsməsi və ürək döyüntülərim artır. müaalicə getsə də bu əlamətlər azalmır. nə etmək lazımdır?təşəkkürlər.
Salam. Sizə əyani konsultasiya lazımdır, internetlə dəqiq bir söz demək olmaz.
salam.menim qizimda T3 1.3 T4 10.3 TTH 6.1 olub.hamilelik planlasdirir.mualiceye L tiroksinle baslasinmi.gundelik nece doza ile baslasin.evvelceden minnetdaram.mahide
Salam, Mahidə xanım. Bəli, qızınızda hamiləlik mütləq şəkildə planlaşdırılmalıdır. Adekvat doza əvəzedici hormon təyin olunmalıdır. Əyani şəkildə endokrinoloqa müraciət edin.