Simmonds-Şien sindromu

Simmonds-Şien sindromu (hipotalamo-hipofizar kaxeksiya) adenohipofizdə baş verən destruktiv dəyişikliklər fonunda inkişaf edən xəstəlikdir. Doğuşdan sonra yaranmış hipopituitarizm də adlandırılır. Adətən 30-40 yaşlı qadınlarda təsadüf olunur.

simmonds-şien sindromu

Hipotalamo-hipofizar nahiyənin şişində, vərəmi və sifilidində, qrip və yatalaqdan sonra, adenohipofizin travmasında, qansızmasında, hipofizektomiyada, abort, sepsis, doğuş zamanı spazm nəticəsində hipofizin nekrozundan təkamül tapır.

Hipofizin ön hissəsinin trop hormonlarının, somatotrop hormonun fəaliyyəti dayanır. Qalxanvari, böyrəküstü və cinsi vəzilərin fuksiyası azalır. Xəstə qrıqlayır, marazm başlayır. Rentgenoloji müayinədə türk yəhərinin genişlənməsi, osteoporoz tapılır. Qanda kortizolun, STH, AKTH, MSH, TSH, FSH, LH səviyyəsi düşür. Hal-hazırda müalicəsi üçün şüa müalicəsi, operativ müdaxilə və əvəzedici terapiya aparılır.

Hipofiz və epifiz haqqında qısa məlumat

Hipofiz əsas sümüyün türk yəhəri nahiyəsində yerləşir. Oval və ya şar şəklində olur. Ön və arxa hissələrə malikdir. Hipofizin ön hissəsi adenohipofiz adlanır. Arxa hissəsi neyrohipofiz kimi məlumdur. Hipofizin aralıq (keçid) hissəsi insanlarda inkişaf etməmişdir. Ancaq bu hissədə yerləşən hücüyrələr melanosit stimuləedici hormon (MSH) ifraz edir.

Epifizdə melatonin və serotonin hasil olunur. Melatonin dərinin rəngini açır, seksual aktivliyi azaldır. Epifiz hipotalamo-hipofizar sisteminin fəliyyətini tormozlayır. Bu vəz baş beyinin 4 təpə nahiyəsinin yuxarı iki çıxıntısı üzərində yerləşir.

Bir ayağı ilə 3-cü mədəciyə birləşir və onun üstü damar qişası ilə örtülür. Vəzin 0,15-0,2 q çəkisi vardır. 8 yaşdan sonra epifizdə kirəcləşmə başlayır. Epifiz orqanizmdə fosfor, kalium, maqnezium, kalsium və su-duz mübadiləsində iştirak edir.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir