Şəkərli diabet – kimlər risk altındadırlar?..

Şəkərli diabetin və prediabetin (acqarına qlikemiyanın pozulması və/və yaxud qlükoza tolerantlığının pozulması) müəyyən risk faktorları vardır (nizamlanan və nizamlanmayan).

diabetin risk faktorları

Nizamlanmayan risk faktorları aşağıdakılardır:

  • 45 yaş və yuxarı
  • Ürək-damar xəstəlikləri
  • Anamnezdə hestasion diabetin olması
  • Psixi xəstəlik
  • Birinci dərəcəli qohumluq (ailə üzvlərində şəkərli diabetin olması)
  • Yenidoğulmuşun çəkisinin dörd kiloqramdan çox olması
  • Müəyyən etnik qruplara mənsubiyyət
  • Arterial hipertenziya (təzyiqin 140/90 mm.c.s. çox olması)
  • yumurtalıqların polikistoz sindromu
  • hipertriqliseridemiya (qanda triqliseridlərin səviyyəsi 250 mq/dl (2,82 mmol/l) bərabər və daha çox olması)
  • hiperxolesterinemiya (qanda YSLP konsentrasiyasının 40 mq/dl (0,90 mmol/l) aşağı olması)

Nizamlanan risk faktorların sayı daha azdır. Bunlara aiddir:

  • Az hərəkətli həyat tərzi
  • Piylənmə/çəkinin artıqlığı (BKİ 25 kq/m2 çox olması və ya çəkinin ideal bədən çəkisindən 20% artıq olması)

Bacardıq dərəcədə nizamlanan risk fakrorlarına təsir etməklə şəkərli diabetin/prediabetin yaranma prosesini ləngitmək və yaxud tam dayandırmaq olar. Şəkərli diabetdən tam sağalmağın mümkün olub-olmamasını öyrənmək istəyənlər bu məqaləni oxuya bilərlər. Əgər sizdə şəkərli dibetin yuxarıda sadalanan risk faktorları mövcuddursa, endokrinoloqun canlı konsultasiyası mütləqdir.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir