Şəkərli diabetdən tam sağalmaq mümkündürmü?
“Şəkərli diabetdən tam sağalmaq mümkündürmü?…” – bu sual şəkərli diabet xəstələrini və onların yaxın qohumlarını ən çox maraqlandıran suallardan biridir. Əgər Siz də onlardan birisinizsə, monitora yaxın əyləşin, bu gün nəhayət ki, bu sualın ətraflı və düzgün cavabını alacaqsınız!
Əsirlər boyu həkimlər və alimlər şəkərli diabet xəstəliyindən tam sağalmanın mümkün olmamasını bildirsə də, bəzi tibbdən uzaq olan insanlar bunun əksini söyləyir. Yaranmış vəziyyət səbəbsiz deyil…
Şəkərli diabetdən tam sağalmaq mümkündürmü?
Şəkərli diabetin bəzi formalarından həqiqətən də tam sağalmaq mümkündür. Hal-hazırda söhbət ikincili şəkərli diabetdən gedir. Diqqətli olun: “ikincili diabet”, “ikinci tip şəkərli diabet” yox. İkincili diabet dedikdə biz müəyyən başqa xəstəliklər nəticəsində yaranmış diabeti nəzərdə tuturuq.
Əsas sualımızın cavabını öyrənmək üçün ilk növbədə anlamaq lazımdır ki, qanda şəkərin yüksək səviyyəsi yalnız şəkərli diabet xəstəliyinə məxsus deyil, bəzi başqa xəstəliklər də hiperqlikemiya sindromu ilə xarakterizə olurlar.
Bəli, “şəkərli diabet” diaqnozunu həkimlər xəstəyə həqiqətən də qanda qlükozanın yüksək səviyyəsi aşkarlandıqda qoyurlar. Lakin yaranmış vəziyyəti sonuna qədər anlamaq üçün diabet xəstəliyinin təsnifatına üz tutmalıyıq…
1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən şəkərli diabetin müasir, bugünə kimi aktuallığını qoruyan təsnifat qurulmuşdur. Nəticədə tibb ədəbiyyatında biz tez-tez “şəkərli diabet 1-ci tip”, “şəkərli diabet 2-ci tip”, “birincili diabet” və “ikincili diabet” terminlərilə rastlaşa bilirik.
Bu təsnifatın ayrıca elementlərindən biri də hestasion diabet və gizli diabetdir (dəyərsizləşmiş qlükoza dözümlülüyü). Qeyd etmək lazımdır ki, birinci və ikinci tip şəkərli diabet birincili diabetə aiddirlər çünki ikisində də xəstəliyin təməlində mədəaltı vəzinin funksiyasında BİRİNCİLİ pozğunluq və/və ya insulinin təsirinə həssas olan toxumalarının patologiyası durur.
İkincili diabet xəstəliyini cətinliklə əsl diabet adlandırmaq olar, çünki pankreasın (mədəaltı vəzinin) pozğunluğu bu zaman qeyd olunmur (mədəaltı vəzidə cərrahi əməliyyatlar istisna olmaqla). Buna baxmayaraq təsnifata uyğun olaraq, yadımızdan çıxartmamalıyıq ki, bu qrup xəstəliklər də şəkərli diabetə aiddirlər. İkincili diabet xəstəliyinin əsasında tamamilə başqa səbəblər və xəstəliklər durur (düyünlü toksiki ur, akromeqaliya, İtsenko-Kuşinq xəstəliyi və s.).
Sözsüz ki, belə hallarda pasiyenti hiperqlikemiyaya səbəb olan əsas xəstəlikdən sağaltmaq mümkün olduğu zaman şəkərli diabet də tamamilə keçir. Başqa sözlə, həkim pasiyenti tam olaraq şəkərli diabetdən azad etməyi bacarır.
Məhz bu cür vəziyyətlər nəticəsində insanlar arasında şəkərli diabetdən tam sağalmanın mümkün olması barədə yanlış fikirlər yaranır. “İKİNCİLİ” termini keçmiş xəstənin süurundan itir, nəticədə yalnız “şəkərli diabet” termini yaxşı yadda qalır.
Belə, nə vaxtsa xəstə olmuş, hal-hazırda isə tam sağlam olan insanlar tanıdıqlarının hamısına öz qələbəsindən söz açır. Bəzi hallarda isə sağalmış pasiyent yaranmış vəziyyəti adekvat anlayır və qəbul edir, lakin onun qohumları/tanışları/dostları bunu tam, düzgün olaraq dərk etmirlər, nəticədə isə yenə də insanlar arasında yanlış fikirlər dövr edir, çünki çoxunun diadet xəstəliyinin təsnifatından, birincili və ikincili diabetin ayrı-ayrı xəstəliklər olmasından heç xəbəri də yoxdur!…
Yaranmış vəziyyət hestasion diabetə də aiddir. Körpəni yenicə həyata gətirən hestasion şəkərli diabeti olan bəzi anaların sözünə görə, onlar nə vaxtsa xəstə idilər, lakin hal-hazırda diabetdən tam sağalmağı bacardılar! Təbii ki, bütün bu hallar insanlar arasında şəkərli diabet xəstəliyindən tam sağalmanın mümkün olması barədə yanlış məlumatların yayılmasına səbəb olur.
Oxuduqlardan sonra Sizin fikrinizcə, şəkərli diabetdən tam sağalmaq mümkündürmü? Təbii ki, söhbət birinci və ikinci tip diabetdən gedir. Məhz diabetin bu iki forması əhali arasında ən çox rast gəlinəndir. Yox, mümkün deyil, bunu unutmayın.
Təəssüf ki, bugünkü gündə tibb praktikasında birincili şəkərli diabet xəstəliyindən tam sağalma halları mövcud deyil. Lakin belə xəstəyə endokrinoloq tərəfindən düzgün medikamentoz müalicə sxemi təyin edilirsə, pasiyent həkimin fiziki məşğələlərlə və qidalanma planı ilə məsləhətlərini nəzərə alıb, yerinə yetirirsə, onun sağlam və uzun ömürlü həyat sürmək şansı heç də başqa insanlardan aşağı deyil.
Ekstrasenslərin köməyilə diabetdən sağalmaq olarmı?
Əslində ekstrasenslərə müraciət halları diabeti olan xəstələr arasında sağalmanın mümkün olmasını təsdiq eləmək üçün səbəblərdən biridir. İnsanlar sadəcə olaraq bunun mümkün olmasına inanmaq istəyirlər, və inanmaq üçün həkim tərəfindən mənfi cavab aldıqdan sonra ekstrasenslərə müraciət edirlər. Axı heç kəs bu diaqnozla ömrünün sonuna kimi yaşamaq istəməz…
Beləliklə ekstrasensdən ekstrasensə müraciət etmək halları bir ailə içində uzun müddət davam edə bilər. Nəticədə xəstə nəinki sağalır, hətta nə vaxtsa sahib olduğu sağlamlığını da vaxtında düzgün müalicə almaması səbəbindən tamamilə itirir. Çox acınacaqlı haldır, xüsusən də söhbət balaca uşaqlardan gedirsə (1-ci tip diabet).
Qısa müddət ərzində xəstəliyin dekompensasiyası yaranır, ketoasidoz qeyd olunur. Onun ardınca isə, əgər xəstə insulin inyeksiyalarını almamaqda davam edir, koma və ölüm hadisələri baş verir.
Təəssüf ki, insan orqanizmi pankreasda yerləşən beta-hüceyrələrini tam olaraq regenerasiya, autoimmunn prosesləri dayandıra və defektli olan insulin molekullarını rekonstruksiya edə bilmir. Ona görə bu cür fırıldaqların sözünə heç bir halda inanmaq olmaz!
Bu faktı cəsarətlə qəbul etmək lazımdır. Və ekstrasensin qəbuluna yazılmaq əvəzinə endokrinoloqunuzdan xahiş etmək lazımdır ki, Sizin üçün düzgün qidalanma sxemi qursun, fiziki məşğələlər barədə məlumat versin və, təbii ki, individual medikamentoz müalicə sxemini təyin etsin.
salam, mən bilmək istərdim ki, hüceyrələrin inusilinə qarşı dirəncinin səbəbi nədir? 2.şəkərli diabet xəstələrinin qəbul etdiyi dərmanlar inusilin dirəncini necə aradan qaldırır? 3. karbohidratlı qidalarsız yaşamaq mümkündürmü? xahiş edirəm mümkünsə bu sualları cavabsız qoymayın.
Salam.
1. Səbəblər müxtəlifdir. Patoloji səbəblər kimi 2 tip şəkərli diabet, 1 tip diabetin dekompensasiya mərhələsi, diabetik ketoasidoz, alkoqolizm və ən əsası – abdominal tip piylənməni qeyd etmək olar. Onu da deyimki, bundan başqa fizioloji insulin dirənci vəziyyətləri də müvcuddur (hamiləlik zamanı, pubertat dövründə, gecə saatlarında, qadınlarda menstrual tsiklin lüteal fazasında və s.).
2. İnsulin dirəncini aradan qaldıran qrup preparatlar yalnız biquanidlər (metformin) və tiazolidindionlardır (pioqlitazon və s.). Bu çox geniş bir mövzudur, suallarınıza ətraflı cavab vermək üçün ayrıca məqalə hazırlamağa ehtiyac var. Təşəkkür edirəm, mütləq insulin dirənci haqqında saytda ayrıca post olacaq.
3. Tam olaraq karbohidratları menunuzdan kəsməyi məsləhət görmürəm. İkinci tip şəkərli diabet və piylənmədən əziyyət çəkən xəstələr maksimal dərəcədə tez sovrulan karbohidratların qəbulunu məhdudlaşdırsa, kifayət edər.
Menim sevdiyim xanim diabet xestesidir. Her gun 2 doza insulin qebul edir. Gozu menfi 5dir. 20 yasi var. Bilmek isteyirem aile qursam gelecekde ne kimi problemler ola biler
Kompensasiya əldə edilmiş şəkərli diabetdirsə ciddi problemlərlə rastlaşmayacaqsınız.
35 yasim var 2 tip sekerem teze bilmisem .bilende ne sekerdise kesdim .amma agrilarim var belime medeme agrilar dolur ele bil.sagslib tam sagalmaq isdeyirem.
Qorxmayın Azərbaycanın 90% tip 2 məndə tip 2 var bir derman var atırsınız şeker qalxmır nə yesendə