Sağlam həyata başlamaq istəyənlər üçün: 10 məsləhət !
Uğura nail olmaq üçün iş yerində və evdə əlverişli mühiti necə təşkil edəcəyinizi düşünməlisiniz. Bu asan olmayan işdə verəcəyimiz məsləhətlər sizə mütləq kömək edəcək.
1. Ziyanlı olanı tullayın.
Strateji vacib məsələ – hal hazırda mətbəxdə əlinizin altında nə olmasından başlayır. Əgər orada kifayət qədər şokolad, müxtəlif peçenye və şirniyyat növləri vardırsa, onda heç bir çəki azalmasından söhbət gedə bilməz. Fikirləşmək lazım deyil ki, siz bunları yeyəcəksiniz, ya yox. Yəqin ki, ağır iş günündən sonra tortla çay sizə elə də pis fikir kimi gəlməyəcək. Ona görə də əvvəlcədən mətbəxinizdən bu kimi qidaları uzaqlaşdırın.
2. Şirniyyat məhsullarının olmamasına öyrəşin.
Şirniyyat olmadan sizə çətin olacaq. Bu halda ilk fürsətdə nə isə yeməyə çalışacaqsınız. Buna görə də belə hal üçün evdə və işdə (xüsusən də işdə) sağlam qəlyanaltılar: meyvələr (banan, alma, üzüm, quru meyvələr), kəpəkli krekerlər saxlayın. Onlar çox dadlı olmalarına baxmayaraq kaloriləri azdır və onları hazırlamaq asandır.
3. Sağlam qida alın.
Yəqin ki, siz cürbəcür şokoladlı, mayonezli qidaları tullayanda əsəbiləşmisiniz. Amma hər şey o qədər də pis deyil. Onların yerini sizin mətbəxdə sağlam və dadlı qidalar tutacaq. Hər şeydən yaxşısı da odur ki, onların sayı siz gözlədiyinizdən də çoxdur. Alacağınız siyahıya aşağıdakı qidaları daxil edə bilərsiniz:
- Yulaf yarması
- Düyü
- Mərcimək
- Lobya
- Kəpəkli kreker, krendel və çörək
- Kök, çuğundur, balqabaq, turp, xiyar, pomidor, soğan, müxtəlif növ göyərtilər
- Alma, armud, heyva, banan, qreyfrut, limon, çiyələk, moruq
- Balzamik sirkə
- Zəncəfil, digər ədviyyatlar
- Yumurta
- Yağsız süd, pendir, ət
Bir çox tədqiqatların nəticələrinə görə belə qidalar bir çox ciddi xəstəliklərin yaranmasını və inkişafını əngəlləyir.
4. Acqarına alış-veriş etməyin.
Əminik ki, bu məsləhəti cox eşitmisiniz. Ona əməl etmisinizmi? Sübut olunmuşdur ki, acqarına alış-veriş etdiyinizdə lazım olmayan, hətta sağlamlığınız üçün təhlükəli məhsulları alma risqiniz çoxalır.
5. Normal qan şəkəri səviyyəsini saxlayın
Qan şəkərini uzun müddət eyni səviyyədə saxlamağa imkan verən qida məhsullarını seçin. Sübut edilmişdir ki, ciddi qərarlar alma zərurəti yarandıqda və stress zamanı beyinin qlükozaya tələbatı artır ki, bu da şirin qidalara təlabatı artırır. Təbii məhsullarda və tərəvəzlərdəki şəkər tədricən qana sovrularaq uzun müddət ərzində orqanızmin qlükozaya olan tələbatının ödənilməsində iştirak edir. Şəkərli diabetdən tam sağalmaq mümkün olub-olmamasını öyrənmək istəyirsinizsə, bu məqaləni oxuyun.
6. İşdə və evdəki iş yükünüzü müəyyənləşdirin.
Bitirmədiyiniz işlərin fikrinizi məşğul etməsinə imkan verməyin – belə vəziyyət sizin iradənizin gücünü bitirir. Buna necə nail olmaq olar ? Birincisi, işdə və evdə hal hazırdakı işlərinizi həll edin, sonra əsas prioritetlərinizi müəyyən edərək işlərinizin bir hissəsini sonraya saxlayın (heç nəyi unutmamaq üçün onları kalendar üzərində planlayın). İkincisi, situasiyadan kənarlaşmaq vərdişlərini inkişaf etdirin: iş vaxtınız qurtarıbsa, artıq iş haqqında düşünmək olmaz. Özünüzə gəlmək üçün yaxınlıqdakı parkda 10-15 dəqiqəlik gəzinti yetər.
7. Hərdən özünüzü aldadın.
Yalan – belə vəziyyət üçün işin xeyrinədir. İradəniz hər zaman özünüzü ciddi olaraq məhrum etməniz üçün yetərli deyildir. Ürəyiniz istəyən hər hansı zərərli qidanı yemədən öncə nə isə xeyirli bir şey yeyin, və 15 dəqiqə gözləyin. İstəsəniz sonra qadağan edilən qidadan bir qədər yeyə bilərsiniz. Amma keçən 15 dəqiqə ərzində həmin qidanı yemək istəyinizin yox olduğunu görəcəksiniz.
8. Situasiyadan çıxış yolunu əvvəlcədən fikirləşin.
Əgər siz dəqiq bilirsinizsə ki, konkret situasiyada düzgün olmayan seçim edəcəksiniz, ona əvvəlcədən hazırlaşın. Məsələn bir yerə dəvət olunmusunuz. Bu yer ad günü və ya toy məclisi ola bilər. Özünüzlə həmin tədbirə əvvəlcədən hazırladığınız faydalı desert götürə və ya sadəcə onu orada əvvəlcədən sifariş verə bilərsiniz. Orada sizə tort və ya qeyri dietik qida təklif olunacaq. Onlara əvvəlcə öz yeməyinizi yeyəcəyinizi bildirin. Sonra sadəcə 99% ehtimalla sizi unudacaqlar.
9. Evdə səliqə yaradın.
Bəli, bir qədər qəribə görünə bilər. Amma tədqiqatlar göstərir ki, otaq səliqəli olduqda insan daha xeyirli qidanı seçir. Evdə və iş yerindəki səliqəsizlik bizim iradəmizə təsir göstərərək bizi düzgün istiqamətlənmiş davranış tərzindən məhrum edir.
10. Lazımi qədər yatın.
Yuxu – bizim orqanizmin normal fəaliyyət göstərməsi üçün əsas vacib amillərdən biridir. Lazımi qədər yatmadığınızda orqanizm stresə məruz qalır. Yuxusuz beyin bir neçə dəqiqəlik həzz ilə vacib hədəflər arasında seçim edə bilmir. Nəticə az ehtimal ki, xoşunuza gələcək.
Davranışdakı istənilən dəyişikliklər ağır zəhmət nəticəsində baş verir. Amma özünüzdə yeni, sağlam vərdişlər yaratmağa başladığınızda işləriniz daha da yaxşı getməyə başlayacaq.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz