Qlikolizə olunmuş hemoqlobin nədir?
Qlikolizə olunmuş hemoqlobin – şəkərli diabet zamanı ən vacib laborator müayinə üssullarından biridir. Qlikolizə olunmuş hemoqlobin (HbA1c) eritrositlərin içində yerləşən hemoqlobinin qeyri-fermentativ reaksiya nəticəsində qlukoza molekulalarıyla birləşməsi nəticəsində əmələ gəlir.
Hemoqlobin molekulalarının qlukozayla birləşmə prosesinin sürəti qanda şəkərin səviyyəsi artdıqca artir. Eritrositlərin yaşama dövrü orta hesabla 90-110 gün olduğu üçün hemoqlobinin qlikolizə dərəcəsini bu müddət ərzində müşahidə etmək olar.
Başqa sözlə, qlikolizə olunmuş hemoqlobinin səviyyəsini təyin etməklə qanda son üç ay ərzində qlukozanın orta səviyyəsini öyrənmək olar. Bu müddət bitdikdən sonra qırmızı qan hüceyrələri təzələnməyə başlayır, və ona görə də növbəti analiz yalnız son üç ay ərzində olan qlukozanın orta səviyyəsini göstərir.
Qlikolizə olunmuş hemoqlobinin norması
Qlikolizə olunmuş hemoqlobin analizi pasiyentdə diabetin olub-olmamasını dəqiqləşdirmək üçün istifadə oluna bilər. Normada, yani sağlam insanlarda, qanda qlikolizə olunmuş hemoqlobinin səviyyəsi 5,6% kimi olmalıdır. 5,7-6,4% olan nəticə prediabeti olan pasiyentlərə məxsusdur. Əgər nəticə 6,5% yuxarıdırsa, artıq söhbər şəkərli diabetdən gedir.
Bundan əlavə, bu analizin köməkliyi ilə xəstəyə təyin olunmuş müalicə sxeminin effektivliyini qiymətləndirmək olar. Analizi həm birinci tip, həm də ikinci tip şəkərli diabeti olan xəstələrə təyin etmək məqsədəuyğundur.
Qocalarda və cavan insanlarda Hb1Ac hədəf göstəriciləri
Ağırlaşması/ağır hipoqlikemiya riski olmayan xəstələr: cavan yaş – <6,5%; orta yaş – <7,0%; ahıl yaş – <7,5%.
Ağırlaşması/ağır hipoqlikemiya riski olan xəstələr: cavan yaş – <7%; orta yaş – <7,5%; ahıl yaş – <8,0%.
Menim sualim var
Salam doktor mən çox pis həyəcan qorxu keçirtdim çox pis yəni qorxdum.həmin günüdə səhər acqarına venadan qan verdim 6.88 çıxdı. Sonra yemək yedim iki saat sonra aparatla yoxladım 105 çıxdı.Belə rəqəm şəkər sayılır?iki gündükü artıq sırf dietik qidalanıram soyutma ət qatıq xiyar yəni şirni çörək bütün hamısını çıxartmışam.
Salam, Leyla xanım. Stress fonunda yüksəlmə müşahidə oluna bilər. Şəkər göstəricisi deyil, amma əlamətlər varsa “gizli şəkəri” inkar etmək üçün əlavə müayinəyə ehtiyac var.
İlk dəfə idiki şəkərə görə qan verirdim 6.88 çıxdı.həmin günü çox pis həyəcan keçirtdim o qaldıra bilərmi?şəkər sayılır bu?