Qanda qlükozaya nəzarətin əsas prinsipləri
Qanda qlükozanın (qlikemiyanın) göstəricilərini stabilləşdirmək məqsədilə müalicə zamanı şəkərli diabet xəstələrinin və həkim-endokrinoloqların 2 texnikadan istafadə etmələri məqsədəuyğundur:
- qlikemiyanın xüsusi aparatla (qlükometrlə) xəstələr tərəfindən qiymətləndirilməsi və qeyd edilməsi.
- qanda qlikolizə olunmuş hemoqlobinin (HbA1c) miqdarının periodik olaraq ölçülməsi (3-6 aydan bir).
Qlikemiyanın şəkərli diabet xəstələri tərəfindən qiymətləndirilməsi gün ərzində çoxsaylı insulin inyeksiyaları alan, həmçinin insulin pompasından istifadə edən pasiyentlərdə, sutkada 3 və daha artıq dəfə aparılmalıdır.
Əgər xəstə qeyri-insulin prepaparatları (şəkərsalıcı oral tabletlər) və yaxud tibbi qidalanma ilə (xüsusi pəhriz planı) müalicə alırsa qlikemiyanın nəzarəti məqsədilə qanda qlükozanın qlükometrlə ölçülməsi yalnız tələb olunan zaman (müalicə sxeminə korreksiya edildikdə, xəstəlik zamanı və s.) aparılmalıdır. Bu qrupa insulin preparatlarından az istifadə edən xəstələr də aiddir (gündə bir dəfə bazal insulin, məsələn, Levemir, Lantus, Tresiba v s.).
Müalicə sxemində ultraqısa (Novorapid, Apidra, Humaloq)/qısa təsirli insulin preparatları (Aktrapid) və yaxud qlikemiyanın postprandial requlyatorları varsa (Novororm, Aqlinoks və s.) pasiyentlərlərin qanda qlükozanın səviyyəsini yeməkdən 2 saat sonra da nəzarət etmələri vacibdir.
HbA1c, yani qlikolizə olunmuş hemoqlobinin, təyini stabil müalicə alan xəstələrdə hər altı aydan bir aparılmalıdır. Müalicə sxemində dəyişiklik edildiyi halda və yaxud müalicə sxemi yeni təyin edildikdə HbA1c səviyyəsi daha qısa zamanda təkrar yoxlanılmalıdır (hər üç aydan bir).
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz