Qanda anti-TPO… Kimlərdə yoxlanılmalı?
Qanda anti-TPO nə vaxt yoxlanılır? Hansı pasiyentlər endokrinoloq qəbuluna gələrkən, həkimdən qanda anti-TPO titrin yoxlanılması üçün göndəriş alır? Son illərdə həkim-endokrinoloqlar bu analizin köməkliyinə tez-tez ehtiyac duyurlar, səbəb isə – autoimmun tireoidit adlanan xəstəliyin (Haşimoto tireoiditi) diaqnostikasıdır.
Autoimmun tireoidit zamanı tireoperoksidaza adlanan fermentə qarşı yüksək titr autoanticism yaranır. Məhz buna görə autoimmun tireoiditin əsas göstəricilərindən biri qanda tireoperoksidazaya qarşı anticismlərin (anti-TPO) yüksək titri olmasıdır. Lakin hər yüksək anti-TPO titri olan pasiyentlər müalicəyə ehtiyac duymurlar. Yalnız hormonal pozğunluğa gətirib çıxaran autoimmun proses xüsusi medikamentoz müalicə sxeminin təyinini tələb edir.
Yüksək anti-TPO titri olan pasiyentin qanında tiroid hormonların miqdarı normaldırsa, onu praktiki sağlam hesab etmək olar. Belə vəziyyətlər yalnız dinamikada müşahidə tələb edir. Əksər hallarda pasiyent ömür boyu eutireoz vəziyyətində qala bilər (qanda tireoid hormonların miqdarı normal). Ona görə də endokrinoloqun qəbuluna gələn hər bir yüksək anti-TPO olan pasiyentlə ətraflı söhbət aparmaq lazımdır. Vəziyyəti tam aydın şəkildə izah etmək çox vacibdir!
Kimlərdə anti-TPO yoxlanılmalı?
Bəs hansı insanlar qanda anti-TPO titrini yoxlatdırmalıdır? İlk növbədə:
- qalxanvari vəzin ümumi həcmin normadan böyük olan xəstələrdə;
- laborator müayinə zamanı subklinik və ya manifest hipotireoz aşkarlanan xəstələrdə;
- hamiləlik zamanı qanda TSH miqdarı 2,5 mEd/l yüksək olan qadınlarda;
- hər hansı bir məqsədlə müalicə sxeminə litium prepartları, interferon, amiodaron əlavə olunan xəstələrdə.
Sonuncu bənddə sadalanan preparatların qəbulu autoimmun tireoiditə meyilli insanlarda prosesin aktivləşməsinə və qısa zamanda manifest hipotireozun yaranmasına gətirib çıxara bilər.
Salam mende Tsh 1.71. T3 4.00. T4 12.60. Anti Tpo 74.26. Anti tg 52.85..normaldır mı?
Salam hekim mende tsh hamısı yaxşı çıxdı ama anti-tpo 760.bu nə deməkdir və müalicəyə ehtiyac varmı???
Salam, Xəyalə xanım. Endokrinoloqun konsultasiyasına və dinamik kontrola ehtiyac var. Buyura bilərsiniz: 050-455 80 17.
Salam.mende TSH 4.319.T4 10.16.Anti TPO isə 9 dur.problemim nedir?
Salam.məndə tsh 12 cixib.amma uzidə qalxanvari vəzi normaldi.bu nəylə əlaqəli ola bilər
Salam. Böyük ehtimalla hipotireozunuz var (tənbəl zob). USM normal ola bilər.
Anti TPO-1000 tq 10 t3 4 t4 0.7 tsh 8 eutiroks içməliyəmmi ? Doza? 25? İstəmirəm ömur boyi içmək. Başqa müalicə varmi?
Sizin suallarınıza cabvab bir neçə məqamdan asılıdır. Əyani olaraq buyurub müraciət edə bilərsiniz: 050-455 80 17.
Salam dr. T3 t4 normaldi. Anti tpo-165,6. TSH-13.22
Salam. T3 və T4 normal olsa da, bu artıq manifest hipotireozdur. Müalicəyə ehtiyac var!
Salam Hekim mende Tsh T3 T4 hamisi normasindadi birce anti tpo 192 dir uzidede hasimota var dedi bu analiz cvblarina gore buna mualice vacibdir yoxsa nece??
Salam. Nəzarət.
Salam dr. Mənim anamda t4 normal , tsh normal, amma anti-tpo 360
Buna müalicəyə ehtiyac var?
Salam, Tunar xanım. Nəzarət (dinamikada müşahidə).