Qalxanvari vəzin xərçəngi özünü necə biruzə verir?
Qalxanvari vəzin xərçəngi nadir hallarda rast gəlinən onkoloji xəstəlikdir. Kişilərlə müqaisə etdikdə qadınlarda qalxanvari vəzin xərçəngi 4-5 dəfə daha çox rast gəlinir. Yaşlı xəstələrdə (65 yaşdan yuxarı) bu xəstəliyin aqressiv gedişata malik olan formaları daha çox təsadüf edir.
Lakin o demək deyil ki, cavanlarda və uşaqlarda qalxanvari vəzin xərçəngi yarana bilməz. Təəssüf ki, bəzi hallarda hətta kiçik yaşlı uşaqlarda belə bu xəstəlik yarana bilər. Məsələn, şüa müalicəsi alan körpələrdə bu kimi hallarla rastlaşmaq olar.
Qalxanvari vəzin xərçənginin simptomları hansılardır?
İlkin mərhələlərdə xəstəlik tam asimptomatik keçə bilər. Vaxt keçdikcə xəstədə aşağıda sadalanan simptomlar meydana çıxa bilər:
- səsin dəyişilməsi;
- boyunda sıxılma hissin yaranması və ağrılar;
- boğazda yerləşən limfa düyünlərinin böyüməsi;
- udma aktının çətinləşməsi.
İlkin mərhələlərdə qalxanvari vazin xərçəngi özünü heç bir əlamətlə biruzə vermədiyi üçün hər bir bu xəstəliklə bağlı risk qrupuna aid olan insan (yaxın qohumlarda qalxanvari vəzin xərçəngi, keçmişdə şüalanmaya məruz qalmış insanlar, vəz daxilində şübhəli düyünlər olanlar və s.) profilaktik məqsədlə müayinə olunmaq üçün həkim-endokrinoloqun qəbuluna düşməlidir.
Qalxanvari vəzin müalicəsi
Əsas müalicə prinsipi – vəzin tam olaraq cərrahiyyə yolu ilə xaric edilməsidir. Əməliyyatdan sonra adətən belə pasiyentlər radioaktiv yodla müalicəyə yonəldirilir.
Əməliyyatdan sonraki dövrdə pasiyentlərə mütləq qalxanabənzər vəzinin hormonları təyin edilir, və belə xəstələr residivin və metastazların yaranmasının qarşısını almaq üçün endokrinoloqun nəzarəti altında qalmalıdırlar.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz