Qalxanvari vəzin sağlamlığını necə yoxlamaq olar?
6 İyun 2023
Əgər özünüzdə qalxanvari vəz xəstəliyinin mövcudluğundan şübhələnirsinizsə (zob, hipotireoz, zəhərli ur və s.) ilkin olaraq bu müayinələrdən keçə bilərsiniz:
✔ Qanda TSH, T4 free və T3 free təyini.
✔Qalxanvari vəzin ultrasəs müayinəsi.
Əlavə müayinələr həkim təyinatından sonra dəqiqləşdirilə bilər. Bura qanda anti-TPO, anti-TQ, anti-rTSH, düyün aşkarlandığı halda – nazik iynəli aspirasion biopsiya, ssintiqrafiya müayinəsi və s. aiddir.
Alınan nəticələrlə öz endokrinoloqunuza müraciət edin.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz