Qalxanabənzər vəzinin anatomiyası və fiziologiyası

Qalxanabənzər vəzi sağ və sol paylardan və onları birləşdirən boğazdan ibarət olub, qalxana oxşayır, traxeyanın II-IV üzərində yerləşir. Yan paylar qalxanvari, üzükvari qığırdaqların yanları və hissəvi olaraq traxeyanın üzərində yer tutur. Çəkisi 25-30 qrama yaxinlaşır.

qalxanabənzər vəzi anatomiya

Qalxanabənzər vəzi 50 yaşdan sonra tədricən atrofiyalaşır. Orqanizmdə ən çox qanla tachiz olunmuş üzvdür. Yuxarı və aşağı qalxanvari arteriyalar cüt olub, aortadan və adsız arteriyadan başlanır. 10 q vəzin toxumasına 1 dəqiqə ərzində 50 ml qan daxil olur, halbuki, 10 qram böyrək toxumasına 1 dəqiqə ərzində 15 ml qan keçir.

Simpatik və parasimpatik sinirlərlə innervasiya olunmuşdur. Boyun simpatik düyünləri və azan sinirin qırtlaq şaxələrində yerləşmiş lifləri vəzə daxil olur. Vəz yodlaşmış hormonlar (tiroksin, triyodtironin) və qeyri-yodlu hormon (tirokalsitonin) hasil edir.

Gün ərizində sağlam adamın yoda olan tələbi 150 mkq təşkil edir. Hipofizin tirotrop hormonu yodun qalxanvari vəzə daxil olmasını və onun peroksidaza sitoxromoksidazanın təsiri altında molekulyar hala çevrilməsini stimulyasiya edir.

Tiroksin və triyodtironin zülallarla birləşərək, lazım olanda asanlıqla ayrılan zülal-hormon kompleksini yaradir. Hipotalamus tiroliberin (tirotropin-rilizinq-hormon TRH) vasitəsilə hipofizin ön payında tirotrop hormonun hasil olmasını adenilatsiklaza və adenohipofizin hüceyralərini aktivləşdirmək yolu ilə stimulə edir.
Hipotalamus neyronları TRH hipofizə transportasiya edir. Serotonin TRH tormozlayır. Kalsitonin qanda kalsiumun miqdarını azaldir, onu sümük toxumasına keçirdir.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir