Qalxanabənzər vəzin xərçəngi və onun tipləri

Qalxanabənzər vəzin xərçəngi 4 əsas tipə bölünür:

  1. Papilyar xərçəng. Qalxanabənzər vəzin ən çox rast gənilən xərçəng tipidir (80%). Çox vaxt yaşı 20-45 olan insanlar arasında təsadüf edir. Qeyd edim ki, uşaqlarda qalxanabənzər vəzin xərçəngi diaqnozu qoyulursa, bu məhz papilyar tip xərçəng olur. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Papilyar xərçəng əksər hallarda gizli keçir, və şişin ölçüsü uzun müddət 1 sm-dən kiçik olaraq qalır.

Qalxanvari vəzin xərçənginin simptomları haqqında ətraflı buradan oxuya bilərsiniz. Səsəblərdən biri – uzun müddət yodla zəngin məhsulların çoxlu miqdarda istifadə edilməsidir. Qalxanabənzər vəzin papilyar xərçənginin müalicəsi cərrahi yolla aparılır. Ölçüsü kiçik olan şişləri götürdükdən sonra pasiyentlərə ömürlük hormonal müalicə təyin edilir. Metastaz aşkarlanan hallarda əlavə olaraq radioaktiv yodla müalicəyə ehtiyac yarana bilər. Əməliyyatdan sonra xəstənin qanında tireoqlobulinin miqdarı sıfıra yaxın olması müalicənin uğurlu nəticələndiyinə sübüt edir.

  1. Follikulyar xənçəng. Adətən 40-60 yaş arası insanlarsa yaranır. Papilyar tipə nisbətən daha nadir hallarda baş verir (10%). Qalxanabənzər vəzin bu tip xərçənginin müalicəsi də cərrahi yolla aparılır. Pasiyentlər əmalliyatdan sonra radioaktiv yodla müalicəyə yönləndirilirlər.
  2. Medulyar xərçəng. Bu tip xərçəng irsi xarakter daşıyır və adətən gec aşkar olunur (metastaz verdikdən sonra). Müalicəsi – cərrahi əməliyyat. Müalicədən sonra pasiyentin qanında kalsitoninin miqdarı mütəmadi olaraq yoxlanılmalıdır, və ciddi nəzarət altında saxlanılmalıdır.
  3. Anaplastik xərçəng. 5% hallarda rast gəlinir, və qalxanabənzər vəzin bütün xərçəngləri arasında ən bədxassəli şişdir. 65 yaşdan yuxarı olan insanlarda gizli şəkildə sürən follikulyar və ya papilyar xərçənglərin sürətlə böyüməsi nəticəsində yaranır. Gec aşkar olunduğu üçün şişin cərrahi yolla çıxarılması effektsiz olur, və buna görə də belə pasiyentlərin qalan ömrü nisbətən rahat olması üçün şüa terapiyasına ehtiyac yaranır.

 

Oxuyucuların şərhləri (14)

  • Dr. Ruslan Abdullayev
    21.12.2017 - 13:42

    Papilyar xerceng zamanı qalxanvarı vezle biryerde bir çox linfa (patoloji linfa və sağlam linfa)tam xaric edildikdən sonra diger Linfalarda nə kimi dəyişiklik ola bilər
    Əməliyyatdan sonra == əzəldə və digər yaxın linfalarda ödem ola bilər müəyyən müddətli? Və səbəbi nədir?

  • Salam doktor hetoregen duyun 19mm olqrsa mutleq xerceng wubhesi yaradirmi?

  • Hepoexogen duyunu emeliyyatdan sonra yenidən emele gelmir ki

  • Salam ayna xanim size bir sualim var qalxanabenzer vezin hecmi 26 olubsa ve vazkulyarizasiyaya ugrayibsa ne demekdir ne kimi riskleri var .size bir defede sual yazmisam amma cavab ala bilmemisem.Zehmet olmasa cavablandira bilersiniz sualimi??

    • Ayna Süleymanova
      27.10.2023 - 16:03

      Salam, Nuray xanım. Sualınıza ətraflı cavab vermək üçün çox az məlumat vermisiniz. Pasiyentin cinsi, şikayətləri, USM-in protokolu, qalxanabənzər vəzin funksional aktivliyi və s. kimi məlumatlar çox vacibdir. Şərh bölməsində yalnız ümümi suallara cavab tapmaq olar. İndividual konsultasiya üçün qəbula yazılmağınız məsləhətdir.

  • Salam dr. men emeliyyat olundum ve qalxanvari vezin her iki payi cixarildi. Biopsiyanin cavabi bugun Papilyar karsinoma geldi. Metasdaz yox idi, wiwin olcusu usm muayinede 4 sm gostermiwdi. Men bilmek isteyirdimki, mende gelecekde tiroid xercengi tekrarlana bilermi? Ve sonraki etapda mene radiaktiv yod ve yaxud her hansi kimyasal derman mualicesi olunacaqmi? Yoxsa artiq hec bir qorxusu yoxdur? Yeni yalniz hormon ucun dermanla davam ede bileremmi?

    • Ayna Süleymanova
      23.02.2024 - 12:05

      Salam, Səbinə xanım. Sizinlə dünən telefon bağlantısı olundu. Ümid edirəm ki, suallarınıza cavablar sizi qane etdi. “Papilyar karsinoma” diaqnozu həyatın sonu demək deyildir, proqnoz çox yaxşıdır bu xəstələr üçün. Analizlərin nəticələri ilə buyurub yaxınlaşa bilərsiniz klinikamıza, gələcəkdə sizi müşahidə etməkdə hər zaman hazırıq. Allah şəfa versin!

  • Salam USM de 11mm ölçüde spongioform(sungervari) hipoexogen düyün aşkarlanıb.44 yaşlı qadındır
    Xərçəng riski varmı?bunu bilmek istəyiridim cavabınız üçün indidən teşekkürler

    • Ayna Süleymanova
      05.08.2024 - 12:23

      Salam. Burda Tİ-RADS təsnifatı ilə TR2 görünür, yani xərçəng riski demək olar ki, sıfıra bərabərdir. Amma pasienti görüb, ətraflı anamnezini topladıqdan sonra biopsiyaya ehtiyac olub-olmadığı barədə qərar vermək olar.

  • salam.papilyar kalsinomadan bir pay goturuldukden bir ay sonra muaine zamani ikinci payin da goturulmesi soylenilib hem de tecili.hekim neden emelyatda her ikisini goturmur ve bu hekimin sehvidirmi

    • Ayna Süleymanova
      23.09.2024 - 14:45

      Salam. Nədən bu sualı əməliyyat edən həkiminizə yox, mənə verirsiniz? Əməliyyatdan öncəki və sonraki bütün müayinələrin nəticələri ilə o tanışdır, bu sualı ona yönləndirməniz daha düzgün olardı. Allah şəfa versin!

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir