Qalxanabənzər vəzi xəstəliklərini necə müayinə etmək olar?
Qalxanabənzər vəzinin bir sıra xəstəlikləri cərrahi müalicə tələb edir. Belə hallarda xəstəliyin əsl mahiyyətini və praktikada bu münasibətlə operativ müalicənin zəruri olub-olmamasını müəyyən etmək üçün ənənəvi müayinə üsulları ilə yanaşı, bir sıra spesifik üsullardan da istifadə etmər lazımdır.
Geniş patologiyası olan qalxanabənzər vəzini yoxlamaq üçün müxtəlif müayinə üsullarından və əlbəttə ki, ilk növbədə anamnezdən düzgün və bacarıqla istifadə etmək lazımdır.
Cərrahlıq möqeyindən bu xəstəliklərin diaqnostikasında hipodiaqnostika və hiperdiaqnostika hallarına yol veriləcəyi, beləliklə də, cərrahi müalicəyə göstərişlərin və əks-göstərişlərin müəyyən edilməsində xətalar ola biləcəyi üçün, bu işə ciddi əhəmiyyət verilməlidir.
Həbelə endokrin sistem xəstəliklərin genezində psixiki travmanın (həddən artıq şad və ya bəd xəbərlər almaq, qorxu, şiddətli stress, ağır sarsıntı və həyacanlanma) mühüm rol oynadığı da məlumdur. Bu cəhətdən tireotoksikoz misal göstərmək olar.
Buna görə də endokrin patologiyalı xəstələrdə anamnezin toplanmasına ciddi fikir verilməlidir. Xüsusilə xəstənin keçmişdə və ya hazırda yaşadığı məntəqə, orada, misal üçün boğaz uru endemiyasının olub-olmaması aydınlaşdırılmalıdır.
Belə xəstələrin görkəmi müəyyən xüsusiyyət təşkil etdiyi üçün baxmanın əhəmiyyəti böyük olur. Boğaz uru, qalxanabənzər vəzi xərçəngi, tireotoksikozu olan xəstələri nəzərdən keçirdikdə, hələ onların görkəmlərində baş vermiş müəyyən dəyişikliklər, boyunun yoğunlaşması, onun ön səthində, qalxanabənzər vəzi, onun yan paylarının proyeksiyasına müvafiq olaraq bərəlmənin aşkar olması, dombalangözlük, tərləmə, xəstənin davranışındakı qeyri-adi vurnuxma, həyacanlanma, üzün xüsusi ifadə alması (üzdə sanki donuq qorxu ya dəhşət ifadəsi) nəzər diqqəti cəlb etməklə, xəstəliyin mahiyyətinin nədən ibarət olması haqqında düşünmək üçün istinad nöqtəsi ola bilər.
Miksödem uşaqlardə hipotireoz isə üz dəyirmi şəkil almaqla, kipriklər seyrək şəkildə qırpılır, sanki gözlər “donuqlaşmışdır”, necə deyərlər “xəstənin üzündən biganəlik və kütlük yağır”. Dəridə selikli ödem baş verir, dəri quru və soyuq olur.
Palpasiya vasitəsilə qalxanabənzər vəzinin xəstəlikləri haqqında mühüm məlumat əldə etmək olur. Bu yolla qalxanabənzər vəzinin böyümə dərəcəsi, onun bərkliyi, səthinin vəziyyəti (onda düyünlərin, sistlərin olub-olmaması) yoxlanılır.
Vizual olaraq vəzi paylarının hərəkətliyi, habelə köks sümüyü dəstəyi arxasından çıxan retrosternal ur da müəyyən oluna bilər. Baxma və palpasiya vasitəsilə qalxanabənzər vəzinin azmış və ya əlavə payları da aşkara çıxarıla bilər (dil kökündə).
Qalxanabənzər vəzinin xəstəliklərində habelə bir sıra xüsusi müayinə metodlarından (radioizotop müayinəsi, ssintiqrafiya, termoqrafiya və s.) və klinik-laborator analizlərdən istifadə edirlər.
Vəziyə həm öndən, həm də yandan, xəstə başını arxaya doğru açdığı halda və udqunma zamanı baxmaq lazımdır. Belə təqdirdə boyunun formasına – qalınlığına, uzunluğuna, əzələlərinin nə dərəcədə inkişaf etmiş olduğuna fikir verilir, vəzinin və onun damarlarının vəziyyətinə baxılır.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz