Podaqra xəstəliyi kimdə yarana bilər?

Podaqra orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində yaranan toxuma və oynaq xəstəliyidir. Podaqra zamanı orqanizmdə sidik turşusu mübadiləsinin pozulması və bu səbəbdən qanda sidik turşusunun artması nəticəsində bədənin müxtəlif hissələrində urat duzları yığılmaya başlayır.

Yunan dilindən “podaqra” sözü “ayağın tələsi” kimi tərcümə olunur. Bu xəstəlik adətən 40 yaşından yuxarı kişilərdə rast gəlinir. Qadınlarda isə podaqra daha çox postmenopauza zamanı yaranır.

Ümumiyyətlə qanda sidik turşusunun miqdarının normadan yüksək olması (hiperurikemiya) dünya əhalinin 5-13%-də müşayiət olunur. Rusiya vətəndaşlarının 0,1%, Avropa və ABŞ əhalisinin 2% bu xəstəlikdən əziyyət çəkir.

Podaqra kimdə yarana bilər?

Başqa xəstəliklər kimi, podaqranın da yaranmasında və inkişafında xüsusi risk faktorları mühim rol oynayır:

  • Yaş faktoru (qadınlarda 50 yaşdan sonra, kişilərdə isə 40 yaşdan sonra yaranma riski artır).
  • Cinsi faktor (kişilərdə daha çox rast gəlinir; nisbət – 9:1).
  • Fiziki yüklənmələr.
  • Alkoqollu içkilərin həddən çox qəbulu.
  • Purin tərkibli qidaların uzun müddət çoxlu miqdarda qəbulu.
  • Sinovial mayenin və qanın pH səviyyəsinin enməsi.
  • Böyrəklər vasitəsilə sidik turşusunun orqanizmdən ləng xaric olunması.
  • Hipotermiya.

Podaqra xəstəliyinin diaqnostik meyarları

  1. Tofusların aşkarlanması. Tofus – dərialtı nahiyədə mikroskopiya ilə təsdiq olunmuş urat kristalların toplanmasıdır.
  2. Oynaq mayesində urat kristallarının aşkarlanması.
  3. Aşağıda qeyd olunan xüsusiyətlərdən pasiyentdə ən azı 6 olması zamanı:
  • yaranma zamanı oynaqda kəskin ağrılar və iltihab prosesi.
  • pasiyentin anamnezində tez-tez təkrarlanan artrit hücumları.
  • I metatarsophalangeal oynaq lokalizasiyasında şişkinlik və ağrı hissi.
  • oynaq nahiyəsində hiperemiya.
  • 1 və ya 2 kiçik oynağın zədələnməsi (mononuklear xarakterli artrit).
  • qanda sidik turşusunun artması (hiperurikemiya).
  • rentgenoqrammada duz kristallarının subkortikal nahiyədə aşkarlanması (eroziya olmadan).
  • tarzal oynaqların zədələnməsi (birtərəfli olaraq).
  • oynaqda asimmetrik şişkinlik.
  • sinovial mayenin təmiz çıxması (patogen flora aşkarlanmır).
  • bədənin ayrı-ayrı hissələrində düyünlü törəmələr (tofuslar).
  • I metatarsophalangeal oynağinda zədələnmə prosesi (adətən birtərəfli xarakter daşayır).

Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan bir xəstəlik olduğu üçün podaqranın müalicəsi və müayinəsi ilə həkim-endokrinoloqlar məşğul olurlar. Buna görə də podaqra xəstəliyinə şübhə yarandıqda mütləq endokrinoloqa müraciət etmək lazımdır.

Oxuyucuların şərhləri (18)

  • salam.podaqra xesteliyi tam sagaltmaq mumkunmu?qohumum bu xestelikden eziyyett cekkir.

    • Ayna Süleymanova
      10.10.2016 - 08:31

      Salam. Sizin qohumunuz həkim nəzarəti altında olmalıdır və düzgün müalicə sxemi almalıdır.

  • Salam menim ayagda var paqra bes onun mualcesi varmi meni cox narahat edier widetli agrilar olur.mumkunse cvb yazardiz

    • Ayna Süleymanova
      17.10.2016 - 20:33

      Salam. Bəli, siz həkim tərəfindən təyin olunmuş xüsusi müalicə sxemi almalısınız + xüsusi pəhriz saxlamalısınız. Daha ətraflı məlumatı həkim-endokrinoloqun konsultasiyası zamanı ala bilərsiniz.

  • salam menim elimde ve a
    yagimda podoqra var zehmet olmasa bu xesteliyi nece sagaltmaq olar?

  • Salam. Sizin qebulunuza harda düşe bilerik.

  • salam mende analizde podagra 4.4 clxlb bu ne derecede tehlukelidir? norma ne qeder olmalldlr.

  • Abbasova sebire
    31.01.2018 - 16:13

    Salam ayna xanim men bilmek isterdim bu padaqra xesteliyi qutarmaq olur.yoxsa bu insanla olunce yol yoldawidi?

  • Salam həkim ayagımda agrılar var iki ilə yaxındı sol topuk hisədə olur bərk və ya topuklu ayaqabı geyındikdə çox agrı verir yumşaq ayaqabı geydikdə agrı idir olmur sizcə məndə yoxlanım padaqra ola bilər və nə analizi vermək olarki bunu bilək

  • Shukur shukurov
    30.12.2020 - 04:08

    Limon çox istifadə edilən zaman podaqraya hansı təsirləri ola bilər

  • Qələndərov Arif
    11.01.2021 - 10:47

    Salam biz podogradan eziyyet çəkirik xahiş edirəm bize köməklik gorsederdiz

  • Qələndərov Arif
    11.01.2021 - 10:48

    0557845960-padogra üçün müraciət edirdim

  • Saıam menimde atamda padaqradan eziyye çekir çox agir vezyyetdedi irin gelir agridan day bezib xahiş eliyirem komeklik eliyin

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir