Hipertireoz və ya tireotoksikoz?
Qalxanabənzər vəzinin hiperfunksiyasının səbəbləri müxtəlifdir. Etiologiyasına görə bir-birindən kəskin sürətdə fərqlənən Bazedov xəstəliyi, qalxanabənzər vəzinin toksik adenoması (düyünlü tireotoksik ur), Haşimoto xəstəliyi, yarımkəskin tireoidit və başqa xəstəliklər hipertireozla müşayiət oluna bilər. Bu xəstəliklərin bəziləri inkişaf xüsusiyyətlərindən asılı olaraq, ya hipertireozla, ya da hipotireoz keçirlər. Hipertireozun ağır klinik formaları tireotoksikoz adlanır. Hipertireozla müşayiət olunan xəstəliklərdən ən çox təsadüf ediləni diffuz tireotoksik ur xəstəliyidir (Bazedov xəstəliyi).
Yaşlılarda və körpələrdə hipotireozun gedişatı
Qalxanabənzər vəzinin hipofunksiyası nəticəsində orqanizmdə mübadilə prosesləri pozulur, funksional və morfoloji dəyişikliklər baş verir. Bu dəyişikliklər bir-birilə əlaqədardır. Əvvəlcə mübadilə prosesləri pozulur, onun ardınca funksional dəyişikliklər meydana çıxır, sonra isə morfoloji dəyişikliklər əmələ gəlir. Anadangəlmə hipotireoz nədir? Anadangəlmə hipotireozun nəticələri xüsusilə ağır olur. Xəstəlik uşaqların boy inkişafının ləngiməsinə və ağıl zəifliyinə səbəb olur.
Zob xəstəliyi nədir?
Keçmişdə “zob” sözü ilə boğazda görünən hər hansı şişkinliyi işarə edirdilər. Əslində bu söz rus dilinə məxsusdur. Azərbaycan dilinə tərcümədə isə buna “ur xəstəliyi” deyilir. O zamanlar tireodologiya elmindən və hətta qalxanvari vəz haqqinda bizim bildiklərimizdən heç kəsin xəbəri belə yox idi. O vaxtdan bu günə kimi tibb elmi çox inkişaf etmişdir, lakin “zob xəstəliyi” və ya “ur” terminlərdən indiyə dək istifadə olunur.
Qalxanabənzər vəzinin hipofunksiyası – hipotireoz
Hipotireoz tireoid hormonları çatışmazlığı ya vəzinin zədələnmə və xəstəlikləri ilə (periferik hipotireoz), ya da tireotrop hormonun hiposekresiyası ilə (mərkəzi hipotireoz) əlaqədar ola bilər. Adətən, vəzinin xəstəlikləri ilə əlaqədar olan periferik (bə ya birincili) hipotireoz daha ağır keçir. Periferik hipotireozların səbəbləri müxtəlifdir. Onun bəzi formaları irsən nəsildən-nəslə verilir. Bəzən hipotireoz yatrogen yolla – strumektomiya zamanı