Düyünlü ur aşkarlanarsa…
Qalxanvari vəzidə palpasiya və ya instumental müayinə zamanı aşkarlanan düyünlü türəmələrə düyünlü zob (ur) deyilir. Bu anlayış qalxanvari vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri birləşdirir. Düyünlü zob daha çox qadınlarda rast gəlinir. Düyünlü zobun təsnifatı Qalxanvari vəzin düyünləri müxtəlif struktura malik ola bilər. Misal üçün solid, kistik və ya qarışıq strukturlu düyünlər mövcuddur. […]
Qalxanvari vəz və ona aid 6 mif
Konsultasiya zamanı pasiyentlərdən çox vaxt maraqlı suallar eşitmək olur, xüsusən də söhbət zob xəstələrindən gedirsə. Nədənsə bu kiçik, amma eyni zamanda insan orqanizmində çox mühüm rol oyanayan vəzin xəstəlikləri pasiyentlərdə əsassız təşvişin yaranmasına səbəb olur. Bu gün qalxanvari vəzə aid bəzi doğru bildiyimiz yanlışlar haqqında danışmaq istərdim.
Zob xəstəliyi aşkarlandıqda nə etməliyik?
Qalxanabənzər vəzi boynun önündə 20-25 qram ağırlığında olan kiçik, amma eyni zamanda insan orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Sağlam qalxanabənzər vəzi orqanizm üçün çox əhəmiyyətli hormonlar istehsal edir. Bu vəz bizim enerji depomuz və çox vacib bir orqanımızdır. El arasında qalxanvari vəzin bütün xəstəliklərinə zob deyilir. Amma əslində zob xəstəliyi qalxanabənzər vəzin xərçəng xaric […]
Şəkərli diabetin diaqnostikasında vacib olan göstəricilər
Keçmişdə şəkərli diabet xəstəliyinin diaqnostikası sidikdə qlükozanın aşkarlanmasına əsaslanırdı. Hal-hazırda bu göstərici heç bir diaqnostik əhəmiyyət kəsb etmir. Bu günkü günümüzdə şəkərli diabetin diaqnostikası məqsədilə acqarına qanda qlükozanın səviyyəsinin təyini və oral qlükoza tolerantlıq testi (OQTT) istifadə olunur. Diaqnostika məqsədilə qlükozanın ölçülməsi mütləq venoz qanın plazmasından aparılmalıdır. Xəstələrin özünənəzarət üçün nəzərdə tutulmuş “şəkər ölçmə aparatları” […]
Sümüklərin sınığı və osteoporoz
Osteoporoz – sümüklərin metabolik xəstəliyidir. Osteoporoz zamanı sümük toxumasının mineral sıxlığı azaldığı üçün sümüklərin sınma riski artır. Sümüklərin sınığı müxtəlif səbəblərdən yarana bilər. Osteoporoz nəticəsində yaranan sınıqlarların xarakter xüsusiyyətləri var. Osteoporetik sınıq əksər hallarda xəstə öz boyunun hündürlüyündən yıxıldığı zaman yaranır. Statistikaya əsasən bu zaman ən çox bud sümüyünün boynunun, mil sümüyünün və bel fəqərələrinin […]
İnsulinin saxlanma qaydaları
İstifadədən öncə insulin preparatının üzərindəki son istifadə tarixini mütləq yoxlayın. Müddəti bitmiş insulin preparatı təsiredici effektivliyini itirdiyi üçün ondan istifadə etməyin. Gündəlik istifadə etdiyiniz insulin preparatını 30 gün ərzində adi otaq şəraitində saxlayın (24-25ºC hərarətdən yüksək olmamalı). İstifadə etmədiyiniz ehtiyat insulin şpris-qələmlərini, flakonlarını və ya kartricləri 2-8ºC hərarətdə saxlayın (soyuducunun qapısında məsləhət görülür). İnsulin preparatını […]
Tireotoksikozun əsas səbəbləri haqqında
Tireotoksikoz – qanda qalxanabənzər vəzin hormonlarının normadan artıqlığı ilə müşahidə olunan bir sindromdur. Tireotoksikozlu xəstədə laborator müayinə zamanı qanda TSH hormonunun normadan aşağı olması, T3 və T4 hormonlarının normadan çox olması görülür (manifest tireotoksikoz). Tireotoksikoz sindromu qalxanabənzər vəzin bir çox patologiyasında rast gəlinə bilər. Bu sindromun əsas səbəbi kimi diffuz toksiki ur xəstəliyini qeyd etmək […]
Mərkəzi (ikincili, üçüncülü) hipotireoz
Ikincili, üçüncülü və mərkəzi hipotireoz nədir? Qalxanvari vəzi endokrin sistemin periferik orqanıdır. Onun işinin idarə və requlyasiyası əsas endokrin vəzilər – hipofiz və hipotalamus vasitəsilə həyata keçir. Nə vaxt ki, qalxanvari vəzi hormonlarının miqdarının azalmasında vəzinin özü günahkardı, onda hipotireoz birincili adlanır. Nə vaxt ki, qalxanvari vəzi sağlamdır, lakin hipofiz və hipotalamus tərəfindən requlyasiya pozulursa, […]
Hipoqlikemiya nədir?..
Hipoqlikemiya qanda qlükozanın səviyyəsinin azalması deməkdir. Yüngül hipoqlikemiya halları təhlükəsiz hesab olunur. Tez-tez ağır hipoqlikemiya halları təhlükəlidir, bu huşun itməsinə və hipoqlikemik komaya gətirib çıxara bilər. Burada yaşdan asılılıq da rol oynayır. Uşağın yaşı nə qədər çoxdursa, o qədər aşağı qlükozaya həssaslığı çox olur. Lakin qeyd etmek lazımdır ki, hipoqlikemiya şəxsə görə individualdır. Hipoqlikemiyanın səbəbləri […]
C-peptid nəyin göstəricisidir?
C-peptid nəyin göstəricisidir? Nəyə görə biz endokrinoloqlar onu yoxlayırıq? C-peptid – proinsulin molekulunun bir hissəsidir. Mədəaltı vəzi ilk öncə proinsulin sintez edir. O da vəzi hüceyrələrinə yığılır və lazım olduqda xüsusi fermentlərin köməyi ilə proinsulindən C-peptid aminturşu zənciri ayrılır. Beləliklə proinsulin – aktiv insulin və C-peptidə ayrılır. Bu o deməkdir ki, mədəaltı vazi eyni miqdarda […]