Mərkəzi (ikincili, üçüncülü) hipotireoz
Ikincili, üçüncülü və mərkəzi hipotireoz nədir? Qalxanvari vəzi endokrin sistemin periferik orqanıdır. Onun işinin idarə və requlyasiyası əsas endokrin vəzilər – hipofiz və hipotalamus vasitəsilə həyata keçir. Nə vaxt ki, qalxanvari vəzi hormonlarının miqdarının azalmasında vəzinin özü günahkardı, onda hipotireoz birincili adlanır.
Nə vaxt ki, qalxanvari vəzi sağlamdır, lakin hipofiz və hipotalamus tərəfindən requlyasiya pozulursa, bu zaman hipotireoz ikincili və ya üçüncülü adlanir. Bu variantlar həm də mərkəzi hipotireoz adlanır. Müəyyən səbəblərdən qalxanvari vəziyə tireotrop hormon köməyi ilə stimuləedici siqnallar daxil olmur və vəzi lazımı miqdarda hormonlarını sintez edə bilmir.
Ikincili hipotireozun səbəbləri aşağıdakılardı:
- baş beyinin istənilən travmalari
- beynin hipotalamo-hipofizar zonasına qansizmalar və insult
- hipotalamo-hipofizar sahənin istənilən törəmələri (şishlər)
- baş beynin anomal inkişafı
- boş türk yehəri sindromu
- baş beyin şüalanması
- massiv qanitirmə
Mərkəzi hipotireozun simptomlari
Mərkəzi hipotireozun gedişinin xüsusiliyi ondadir ki, bu zaman yalnız tireoid hormonların sekresiyası pozulmur. Həmçinin digər vəzilərin hormon sekresiyasında da pozulmalar olur. Çünki hipofiz və hipotalamus çoxlu sayda digər requləedici hormonlar ifraz edir.
Nəticədə çoxlu simptom və şikayətlərdən ibarət bir kompleks yaranır. Böyrəküstü vəzin işində pozğunluğa səbəb AKTH ifrazında pozulmanın olmasıdır. FSH və LH ifrazının azalması cinsi vəzilərin disfunksiyasına səbəb olur. Vazopressinin düzgün olmayan sekresiyası su-duz mübadiləsinin pozulmasına səbəb olur. Bütün bu simptomlar pasientdə birdəfəyə aşkar olunmur. Simptomların biruzə verməsi hipofiz və hipotalamusun hansı sahəsinin prosesə qoşulmasından asılıdır.
Ikincili hipotireozun klinikası:
- artan zeiflik;
- ödemlər;
- dəri quruluğu;
- saçların tökülməsi;
- dırnaqlarda problem;
- çəkinin artması;
- əhval-ruhiyyənin daima aşağı olması və depressiya;
- qəbizlik;
- temperaturun aşağı olması;
- səsin batıqlığı;
- eşitmənin zəifləməsi;
- burun tənəffüsünün çətinləşməsi;
- yaddaşın zəifləməsi;
- diqqətin pozulması;
- lipid spektrinin pozulması;
- menstrual tsiklin pozulmasi;
- libidonun enməsi;
- labil arterial təzyiq;
- nəbzin zəif olması.
Mərkəzi hipotireozun diaqnostikası
Mərkəzi hipotireozun qiaqnostikası TSH, freeT4 və freeT3 hormonlarının təyinindən və qalxanvari vəzin USM ibarətdir. Mərkəzi hipotireozun dəqiq səbəbini müəyyənləşdirmək üçün baş beyinin KT və ya MRT müayinəsi aparılır. Müayinədə TSH aşağı olur. O normanın aşağı həddində də ola bilər ya da heç müəyyən olunmaya bilər.
Bu zaman free T3 və freeT4 səviyyəsi də aşağı olur. USM-də patologiya aşkarlanmır. Lakin düyünlər də ola bilər ki, hansılar vəzinin işinə təsir etmirlər.MRT və KT müayinə ilə patoloji dəyişikliklər müəyyən oluna bilər. Lakin bu dəyişikliklər olmaya da bilər, əgər hipotireozun səbəbi travma və ya qanitirmədirsə.
Müalicə ilk növbədə hipotireoza gətirib çıxaran səbəbi mümkündürsə aradan qaldirmaq. Həmçinin tireoid hormonların konsentrasiyasını normallaşdırmaq üçün sintetik T4 preparatları ilə əvəzedici terapiya aparılmalıdır. Əvəzedici terapiya bu zaman ömür boyu aparılmalı, çünki hipofiz və hipotalamusun tükənmiş funksiyası bərpa olmur.
Müalicə kontrol free T4 və free T3 nəticələrinə nəzaretlə həyata keçirilir. Bu zaman TSH müayinəsi əhəmiyyətsizdir. Əgər paralel olaraq digər vəzilərin de hormonlarında ənməler varsa, onlar da endokrinoloq tərəfindən əvəzləyici terapiya ilə müalicə olunur.
Məqalənin müəllifi: Leyla Sevdimaliyeva
😯 men hipotreoz xesdesiyem cox eziyet cekirem bundan