Makrogenitosomiya

Oğlan uşaqlarında 11, qızlarda isə 9 yaşa qədər erkən cinsi yetişkənliк, çox vaxt zehni çatışmazlıq ilə birlikdə baş verdikdə makrogenitosomiya adlanır. Epifizin şişi, vərəmi, sifilisi etioloji amillər sayılır. Xəstəlik zamanı epifizdə antihipotalamik amilin defisiti hipofizin ön payında honadotrop hormonların artıq hasil olmasına səbəb olur.

makrogenitosomiya

Lüteinizasiyaedici hormonun artıqlığı oğlanlarda testosteronun çox hasil olmasına təkan verir. Gövdə nisbətən uzun, ətraflar qısa, əzələ tipli şəxslər yüksək seksual oyanıqlığa malik olurlar. Cinsi orqan və yumurtalıqlar boyümüş olur. Spermatogenez və menstruasiya qeyd edilir. İkincili cinsi əlamətlər (bığ, saqqal, qasığın örtüyü, səsin tembri) yaxşı inkişaf edir.

Görmə sinirin məməcikləri durğunlu olur. Kranioqrammada tikişlərin aralanması, türk yəhərinə girişin genəlməsi, mədəciyin dolma defekti gorünür. Henital mənşəili erkən cinsi yetişmə ikincili olaraq yumurtaların şişində təsadüf edilir. Erkən cinsi yetişmə konstitusional olduqda sağlam fonda fiziki, zehni və cinsi yetişmə əlamətləri aydın nazərə çarpır (erkən pubertat). Epifizin şişi ağır proqnoza malikdir. Miialicə operativ müdaxilədən ibarətdir.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir