İnsulinin saxlanma qaydaları
31 May 2018
- İstifadədən öncə insulin preparatının üzərindəki son istifadə tarixini mütləq yoxlayın.
- Müddəti bitmiş insulin preparatı təsiredici effektivliyini itirdiyi üçün ondan istifadə etməyin.
- Gündəlik istifadə etdiyiniz insulin preparatını 30 gün ərzində adi otaq şəraitində saxlayın (24-25ºC hərarətdən yüksək olmamalı).
- İstifadə etmədiyiniz ehtiyat insulin şpris-qələmlərini, flakonlarını və ya kartricləri 2-8ºC hərarətdə saxlayın (soyuducunun qapısında məsləhət görülür).
- İnsulin preparatını dondurmaq olmaz! Donmuş insulin preparatını istifadə etmək qadağandır. Xarici görünüşü dəyişməsə belə molekulun strukturu tam olaraq dəyişir və lazım olan effekt itirilir.
- İnsulin molekulu açıq günəş şüaları altında parçalana bildiyi üçün insulin preparatını günəş şüalarından qoruyun.
- İstifadədən sonra flakonu və ya şpris-qələmi qapalı və sərin yerdə saxlayın.
- Gəzintiyə çıxarkən çox isti olmadığı halda insulin preparatlarını adi çantada saxlamaq olar. Əgər havanın temperaturu 25ºC yüksəkdirsə, xüsusi çanta-soyuducudan istifadə etmək məsləhətdir.
- Uzaq səfər zamanı insulin preparatını yük yerinə verməyin.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz