Insulin müalicəsi ilə bağlı səhv düşüncələr…
Səhv 1. “İnsulin asıllılıq (öyrəşkənlik) yaradır”. İnsulinterapiyası qətiyyən asıllılıq yaratmır! İnsulin də digər şəkərsalıcı həblər kimi adi bir dərmandır.
Səhv 2. “Mən, 2-ci tip şəkərli diabet xəstəsiyəm, mənim öz insulinim normaldır, mənə insulin vurmaq olmaz”. Tamamilə yanlış fikirdir. Şəkərli diabet xəstəliyi xroniki və ilərləyici bir xəstəlikdir. Vaxt keçdikcə istifadə etdiyiniz şəkərsalıcı həblər (maksimal doza ilə qəbul etsəz belə), artıq qan şəkərlərini normallaşdırmağa kifayət etmir. Belə olan halda insulin müalicəsinə başlanılmalıdır. Statiskiya görə, diabet stajı 10 ildən artıq olan 2-ci tip şəkər xəstələrinin 80%-i insulin müalicəsi alır.
Səhv 3. “Mənim xəstəliyim hələ təzə başlayıb, mən indidən insulinə başlaya bilmərəm”. Tamamilə səhv fikirdir. Bütün 1-ci tip diabet xəstələri və bəzi qrup 2-ci tip diabet xəstələri (yanaşı gedən bəzi xəstəliklər zamanı, hamiləlik zamanı və s.) xəstəliyin müddətindən asılı olmayaraq, xəstəlik aşkarlanan kimi insulin müalicəsinə başlanılmalıdır.
Səhv 4. “İnsulin vuran xəstələrin çoxu komaya düşür”. Hörmətli patsientlərimiz “koma” dedikdə çox zaman şəkərin normada aşağı düşməsini nəzərdə tuturlar. Düzdür, insulin müalicəsi zamanı daha çox hipoqlikemiya (şəkərin normadan aşağı düşməsi) riski daha çoxdur, ancaq xəstə həkimin tövsiyyələrinə yerinə yetirərsə bu risk çox aşağıdır.
Səhv 5. “İynədən qorxuram”. İndi çox nazik (4-6 mm) iynə ucluqlar var, hansıki dəriyə batırılan zaman heç bir ağrı hissi yaratmır.
Səhv 6. “Mən gündə 3-4 dəfə insulin vura bilmərəm, işdə heç kim mənim şəkər xəstəsi olduğumu bilmir”. Dəyərli patsientlər, şəkərli diabet xəstəliyi qorxulu xəstəlik deyil, yetərki qan şəkərləriniz normada olsun. Bu səbəbdən xəstəliyinizi gizlətməyə çalışmayın. Can sağlığı hər bir şeydən, xüsusilə də ətrafdakıların yersiz fikirlərində çox vacibdir. Heç birimiz heç bir xəstəlikdən sığortalanmamışıq.
salam.Ola bilermi seker xesteliyinin tam mualicesi cixsin.Ozude 1 tiplerin ➡
Salam. Təəssüf ki, bugünkü günümüzdə birinci tip şəkərli diabetin tam müalicəsi mövcud deyil.
salam doktor.Yoldasimda 2 hefte evvel seker xesteliyi tapildi.42 yasi var.c peptid 0.570 cixdi normali 1.1-4.4 gosterilib.Hekim deyir 1 tipdi ve insuline baslamisiq.Bu formada c peptidin qalxma ehtimali var sizce.Yeni bir muddqt sora 1 tipin 2 tipe kecme ehtimali var sizce
Salam. Təəssüf ki, xeyr.