Hipotireoz nələrə səbəb ola bilər?
6 İyun 2023
1. Artıq çəki, ödemlər və şişkinlik.
2. Sonsuzluq, menstrual tsiklin pozulması, libidonun azalması.
3. Qanda xolesterinin artması və ateroskleroz xəstəliyi.
4. Mədə turşuluğunun azalması və eritrositlərin əmələ gəlməsinin pozulması nəticəsində yaranan anemiya.
5. Enerji ehtiyatının tükənməsi və yaddaş pozulması.
6. Kollagen və zülal sintezinin azalması nəticəsində saçların tökülməsi, dərinin quruluğu və dırnaqların qırılması.
Hipotireozu aşkarlamaq və ya inkar etmək, səbəbini dəqiqləşdirmək və hormonları normallaşdırmaq üçün həkim-endokrinoloqunuza müraciət edin.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz