Hipoqlikemiya nədir?..
Hipoqlikemiya qanda qlükozanın səviyyəsinin azalması deməkdir. Yüngül hipoqlikemiya halları təhlükəsiz hesab olunur. Tez-tez ağır hipoqlikemiya halları təhlükəlidir, bu huşun itməsinə və hipoqlikemik komaya gətirib çıxara bilər.
Burada yaşdan asılılıq da rol oynayır. Uşağın yaşı nə qədər çoxdursa, o qədər aşağı qlükozaya həssaslığı çox olur. Lakin qeyd etmek lazımdır ki, hipoqlikemiya şəxsə görə individualdır.
Hipoqlikemiyanın səbəbləri
Hipoqlikemiyaya gətirib çıxaran səbəblər:
- diabetik hipoqlikemiya;
- diabetlə əlaqədar olmayan hipoqlikemiya (digər vəziyyətlərdə baş verən hipoqlikemiya).
Diabetik hipoqlikemiya hansı hallarda rast gəlinir:
- Planlaşdırılmamış qısamüddətli fiziki iş zamanı və yaxud dərhal sonra;
- Ağır fiziki iş zamanı;
- Şəkərsalıcı effekti olan dərmanların əlavə qəbulu;
- Həddən artıq fitopreparatlara üstünlük verən xəstələrdə;
- Böyrək çatmamazlığı zamanı;
- Şəkərli diabet xəstəsi alkoqollu içkilər qəbul etdiyi zaman;
- Narkotik maddələr qebulu zamanı;
- Suisid məqsədi ilə şəkərsalıcı dərmanların yüksək dozada qəbulu.
- Digər səbəblərdən baş verən hipoqlikemiya. Bu səbəblər 3 qrupa bölünür:
1. Qaraciyər və əzələlərdə qlükozanın sintez olunmamasına gətirən səbəblər.
Hipofizin ön payının panhipopituitarizmi zamanı bütün periferik endokrin vəzilərin işi aşağı düşür və nəticədə onların hormonlarının qanda konsentrasiyası azalır. Eyni ilə sağlam hipofiz fonunda periferik endokrin vəzilərin birincili zədələnməsi ola bilər. Bu vəzilərin ifraz etdiyi kontrinsulyar hormonların defisiti yaranır, bu da qaraciyərdə qlükoza sintezinin dayanmasına səbəb olur və hipoqlikemiya vəziyyəti yaranır.
Bəzi ferment defisitləri (qlükoza-6-fosfataza defisiti, qaraciyər fosforilaza defisiti, qlikogensintetaza çatmamazlığı və s.). Bu fermentlər qlükozanın enerjiyə çevrilməsində iştirak edir. Çatmamazlıqları hipoqlikemiyaya səbəb olur.
Aclıq. Sağlam insanlarda da qida qəbulunun azalması hipoqlikemiyaya səbəb olur. Qısamüddətli aclıq hipoqlikemiya əlaməti olmadan keçə bilər. Belə ki, bu zaman qlükozanın səviyyəsi qaraciyər və əzələlərdə qlikogenin parçalanması ilə təmin olunur. Lakin uzunmüddətli aclıq qlikogen ehtiyatının da tükənməsinə və hipoqlikemiyaya səbəb ola bilər. Bu daha çox idmançılar və dini ayinlərdə aclıq gözləyən insanlarda rast gəlinir. Bura həm də hamiləlik hipoqlikemiyasını aid etmək olar.
Qaraciyər xəstəlikləri. Bu zaman hipoqlikemiyaya səbəb olan hal qaraciyərin qlikogen yığmaq ehtiyatının pozulmasıdır. Qlikoneogenez prosesi də pozulur.
Böyrək xəstəliklərində. Böyrəklərdə insulinaza fermenti sintez olunur, hansı ki, insulini parçalayır. Böyrək funksiyasının çatmamazlığında bu ferment azalır və insulin parçalanmır. O da qanda uzun müddət sirkulyasiya etdiyi üçün qlükozanın səviyyəsini aşağı salır.
Alkoqol hipoqlikemiyası sağlam insanlarda da rast gəlinir.
2. İnsulin səviyyəsinin artması ilə müşahidə olunan hipoqlikemiyalar.
Insulinoma
Yenidoğulmuşların betta-hüceyrələrinin hiperplaziyası və hipoqlikemiya (diabetli anadan doğulan uşaqlarda rast gelinir)
Reaktiv hipoqlikemiya və ya postprandial hipoqlikemiya. Hiperinsulinizmi olan insanlarda yüksək qlikemik indeksi olan qidalar qəbul etdikdə artıq miqdarda insulin ifraz olunur, bu da hipoqlikemiyaya səbəb olur. Bu əsasən yeməkdən 30-60 dəqiqə sonra özünü göstərir. Buna alimentar hipoqlikemiya da deyilir. Nəticədə kontrinsulyar hormonlar qana ifraz olunur və onlar qaraciyərdə qlikogen ehtiyatını tükədir. Qanda qlükozanın səviyyəsi artır. Bu daha çox prediabetli xəstələrdə rast gəlinir. Az hallarda idiopatik alimentar hipoqlikemiya olan hallara da rast gəlinir. Bu sağlam adamlarda yeməkdən 3-4 saat sonra müşahidə olunur.
3. İnsulinin normal miqdarında hipoqlikemiyanın rast gəlinməsi.
Mədəaltı vəzi ilə əlaqədar olmayan şişlər
Karnitin sintezi defisiti
Anadangəlmə yağ turşularının sintezinin defisiti
Funksional və ya yalançı hipoqlikemiya. Bu daha çox sinir psixiki problemi olan şəxslərdə rast gəlinir. Həmçinin yalançı hipoqlikemiya qanda qlükozanın qəfil qısamüddətli enməsi zamanı rast gəlinir. Yoxlama zamanı qanda qlükozanın həddi normada olur.
Qeyri diabetik hipoqlikemiya səbəbləri hər hipoqlikemiyanı diabetlə əlaqələndirməməyə işaredir, amma hər bir halda şəkərli diabetə görə pasient müayinə olunmalıdır.
salam doktor menim bogazimda sixilmalar olur qeher hisi kimi mene geyitme verir tez tez zob yoxlatdim hecne cixmadi urek doyuntum hedsiz olur. ola bilsnki usm ile gostermesin qanda gostersin ?
Salam, Nuray xanım. Bəli, ultrasəs müayinəsində heç bir problem olmayarkən qalxanvari vəzin funksional aktivliyinin pozulması aşkarlana bilər. Ürək döyüntülərinin artması da məhs hormonal pozğunluqla bağlı olması mümkündür.
Salam diktor bu dermani əks təsirleri nedir