Hamiləlik zamanı TSH miqdarı nə qədər olmalıdır?

Əgər hamilə qadının qanında TSH-ın miqdarı 2,5-dən çoxdursa, endokrinoloq tərəfindən mütləq əvəzedici hormonal müalicə yazılmalıdır. Hamiləlik planlaşdıran qadinların da qanında TSH-ın miqdarı mütləq yoxlanılmalıdır, və lazımı halda müalicə sxemi təyil olunmalıdır.

Hamiləlik baş verdikdən sonra da müntəzəm olaraq qanda əsas iki hormon – TSH və sərbəst T4 yoxlanılmalıdır. Çox hallarda hipotireozu olan xanımlarda hamiləlik baş verdikdən sonra əvəzedici hormonal müalicə uçun istifadə edilən sintetik hormonun (l-tiroksin) miqdarını müalicə həkimi tərəfindən 30-50% artırmağa ehtiyac yaranır.

Hipotireoz laborator analizlərin nəticələrinə əsasən hamiləlik müddətində aşkar olunubsa, dərhal medikamentoz müalicə başlanılmalıdır. Çox təəssuf ki, hipotireozun müalicəsində ləngimə baş verən hallarda uşağın əqli və fiziki inkişafında geri qalma tez-tez rast gəlinir.

Oxuyucuların şərhləri (58)

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir