Düyünlü ur aşkarlanarsa…
Qalxanvari vəzidə palpasiya və ya instumental müayinə zamanı aşkarlanan düyünlü türəmələrə düyünlü zob (ur) deyilir. Bu anlayış qalxanvari vəzidə müxtəlif morfoloji xarakteristikaya malik bütün ocaqlı törəmələri birləşdirir. Düyünlü zob daha çox qadınlarda rast gəlinir.
Düyünlü zobun təsnifatı
Qalxanvari vəzin düyünləri müxtəlif struktura malik ola bilər. Misal üçün solid, kistik və ya qarışıq strukturlu düyünlər mövcuddur. Solid düyünlər bərk konsistensialı düyünlərə deyilir. Kistik düyünlər maye tərkibli olan kapsullu düyünlərdir. Qarışıq strukturlu düyünlərin tərkibində isə həm solid, həm də kistik komponent olur.
Bundan başqa qalxanvari vəzidə bir və ya bir neçə düyün aşkarlana bilər. Bu zaman xəstəyə təkdüyünlü və ya çoxdüyünlü zob diaqnozu qoyulur.
Düyünlər xoşxassəli (90%) və bədxassəli (10%) ola bilər. Bədxassəli düyünlər mütləq şəkildə cərrahi əməliyyat tələb edən düyünlərdir. Nazik iynəli aspirasion biopsiyanın (NİAB) nəticəsinə əsasən xəstə bu cavablardan birini ala bilər:
- az informativ;
- xoşxassəli;
- önəmi bilinməyən atipiya;
- Hürtle və follikulyar hüceyrəli neoplaziya;
- bədxassəliyə şübhə;
- bədxassəli.
Bəzi düyünlər avtonom tiroid hormonlar ifraz etmə qabiliyyətinə malikdirlər (hiperfunksional düyünlər). Əgər düyün hormonal aktiv deyilsə, o non-funksional adlandırılır.
Düyünlü ur özünü necə biruzə verir?
Əksər hallarda düyünlü ur heç bir simptom törətmir. Düyünlər adətən təsadüfi müayinələrdə aşkarlanırlar. Böyük ölçüyə çatdıqda düyün boğulma və sıxılma hissi yarada bilər.
Düyünlər necə aşkarlanır?
İlkin baxış və konsultasiya zamanı endokrinoloq palpator olaraq qalxanvari vəzidə düyünün olmasından şübhələnə bilər. Düyünlü ur diaqnozunu təsdiqləmək üçün pasiyent USM (ultrasəs müayinəsinə) göndərilir. Bundan sonra göstəriş olarsa xəstəyə sitoloji müayinə keçmək üçün göndəriş verilə bilər. Xəstədə tireotoksikoz (zəhərli zob) müşahidə olunursa, ssintiqrafiya müayinəsindən keçmək gərəkə bilər.
Düyünlü zob necə müalicə olunur?
Düyünlü urun 3 müalicə taktikası mövcuddur:
- Cərrahi müalicə. Biopsiyanın nəticəsinə əsasən bədxassəli şiş aşkarlanıbsa total tiroidektomiya əməliyyatı aparılmalıdır. Bundan başqa böyük ölçülü xoşxassəli düyünlər də cərrahi yolla götürülə bilər.
- Tibbi müalicə. Tibbi müalicə anlayışına radioaktiv yodla (I131) müalicə və supressiv müalicə daxildir. Hər birinin öz göstərişləri və əks göstərişləri var. Konsultasiya zamanı endokrinoloqunuz sizə tələb olunan müalicə üsulu haqqında ətraflı məlumat verəcək.
- İzləmə taktikası. Biopsiyanın nəticəsinə əsasən qalxanvari vəzin düyünü xoşxassəli olduğu halda xastəyə izləmə taktikası məsləhət görülür. Belə pasiyentlər dinamiki müşahidədə saxlanılırlar. Əgər 6-18 ay ərzində düyündə böyümə müşahidə olunarsa (düyünün həcminin 20%-dən çox artması), təkrar biopsiya aparılır. Xoş nəticə alındığı halda təkrar müəyyən müddətə nəzarət aparılmalıdır. Düyünün ölçüləri və həcmi böyüməkdə davam edərsə, xəstə cərrahi müalicəyə göndərilir.
Məndə düyünlü zobun düyünudü üç dəfə əməliyyat olunmuşam risidiv verib səsim də birinci apresimdən zədələnib.
Sevda xanım, buyurun yaxınlaşın, yardımçı olarıq.
Salam, Həkim.Mənim boğazımda, sağ payda 23 mm hipoexegen düyün var.Biopsiya məsləhət görüldü
Dekabr ayında Biopsiya olundu.Cavab: Önəmi bilinməyən atipiya.Təkrar 3 ay sonra Biapsiya olunmaq isrədim. Həkim məni fikrimdən daşıtdırtı ki, artıq bu son həddi.Təcili Əməliyyat olunmalısan.Sizdən çox xahiş edirəmki, mənə bir köməklik göstərərdiniz.Öncədən təşəkkürlər
Salam, Eynul bəy. Qorxulu və panikaya düşəcək bir durum yoxdur. Buyurub yaxınlaşa bilərsiniz, ətraflı məlumatlandırarıq Sizi vəziyyətiniz ilə bağlı.