Diffuz toksiki urun əlamətləri hansılardır?

Diffuz toksiki ur genetik autoimmun xəstəlik olub, qalxanvari vəzin hipersekresiyası, tiroksin va triyodtironinin artıq hasil olunması ilə səciyyələnir. 20-50 yaşlı qadınlarda daha çox təsadüf edilir. Xəstəliyin inkişafında irsi meylliyin əhəmiyyəti boyükdür.

diffuz toksiki ur xəstəliyi

Psixi travma, qrip, angina, revmatizm, vərəm, tonzillit, insolyasiya, hamiləlik, çoxlu miqdarda yodun qəbulu xəstəliyin təkamül tapmasında risk amili rolunu oynayır. Qanda tirotrop hormonun miqdarı normadan aşağı olur. Anadangəlmə immunoloji defekt, T-supressorların zəifliyi, tireoidstimuləedici immunoqlobulinlərin artmasına səbəb olur.

Diffuz toksiki urun klinikası

MAO-nun inaktivləşdirilməsi katexolaminlərin təsir müddətini və gücünü artırır və hətta adrenergik reseptorların hissiyyatı yüksəlmiş olur. Beləliklə, diffuz toksiki urun klinik əlamətləri tireotoksikoz ilə katexolaminlərin effektindən ibarət olur. Zülal katabolizmi aktivləşir, mənfi azot balansı yaranır, fosfor, kalium, ammiak, sidik turşusunun ekskresiyası artır, kreatinuriya qeyd edilir. Qaraciyərdə qlikogenin miqdarı azalır, yağlar mobilizə edilir, bədən çəkisi azalır, dehidratasiya, hipoeleklrolitemiya baş verir, fosforlaşma pozulur, ATF ehliyatları azalır, zəiflik və subfebrilitet meydana çıxır.

Taxikardiya, miokardın distrofiyası katexolanminlərin ürək əzələsinə göstərdiyi toksik təsirdən baş verir. Toksik diffuz ur, Bazedov xəstəliyi zamanı tireotoksikoz yüngül, orta və ağır gedişata malik olur. Əsəb oyanlığı, tremor, arıqlama, stabil taxikardiya, əsas mübadilənin 25-30%-dən artıq olması, aritmiya, psixozlar daimi əlamətlər sırasına daxildir.

Vəzin boyüməsi 3 dərəcəyə uyğunlaşdırılır. o dərəcə – vəz normal ölçüdə qalır, əllənmir. 1-ci dərəcə – qalxanvari vəz böyümüş olur, lakin udma aktı zamanı vizual olaraq böyümə hiss olunmur. 2-ci dərəcə – həm udma zamanı, həm də sakit vəziyyətdə qalxanvari vəzin böyüməsi gözə çarpır, bəzən boğazın forması tam dəyişmiş vəziyyətə düşür.

Klinik olaraq zəiflik, adinamiya, əzələ yorğunluğu, səbəbsiz narahatçılıq, tərləmə, qorxu, tremor, ürək doyünməsi, yuxusuzluq, subfebril qızdırma, arıqlama, dombalan gözlər, ishala meyllilik, menstrual siklin pozulması daimi əlamətlar sırasını təşkil edir.

Xəstələr artıq hərəkətlər edir, çox danışırlar. Əhval ruhiyyəsi tez dəyişilir, əllər solğun arıq, barmaqları uzun, son falanqanın sivri olması madonna əlini xatırladır. Xəstənin sifətində acıqlı nəzər gözə çarpır. Dəri nəm, isti, yumşaq olur. Qalxanvari vəzi adətən diffuz, bəzən deformativ boyümüş olur.

Qalxanvari vəzin boyüməsi endokrin oftalmopatiya xəstəliyi ilə tez-tez birgə rast gəlir. Gözlər işıldayır (Krauss), yuxarı göz qapağı ilə buynuz qişa arasında ağ məsafə gorünür (Qrefe), konverqensiyanın zəifliyi (Mebius), qırpmanın seyrəkliyi (Ştelvaq), göz yarığının geniş açılması (Delrimpl), göz orbitası ətrafında piqmentasiyanın güclənməsi (Ellinek), bağlanmış göz qapaqlarının xırda titrəməsi (Rozenbax), yuxarı nəzər saldıqda alın qırışlarının əmələ gəlməməsi (Joffrus) kimi göz simptomları məlumdur.

MARAQLI FAKT
Onu da qeyd etmək maraqlıdır ki, Bazedovun özü oftalmoloq olmuşdur.

Ürək nahiyəsində ağrı çox vaxt irradiasiya vermir, ürək döyünməsi hiss olunur, taxikardiya stabil şəkil alir, ürək çırpıntısı (ekstrasistol) meydana çıxır, maksimal arterial qan tazyiqi yüksəlir, minimal azalır, nəbz təzyiqi artır. Ürəyin sol mədəciyi hipertrofiyaya və dilatasiyaya uğrayır, ürək tonları güclənir, sislolik küy eşidilir, ağciyər arteriyası üzərində 2-ci ton aksentləşir. Adətən səyirici aritmiya qeyd edilir. Miokardıın yığılma qabiliyyəti zəifləyir, ürək çatışmazlığı əlamətləri üzə çıxır.

EKQ-də R, P, T yüksəlir, P-Q qısalır, ST izoxətdən aşağı düşür. Xəstəlık inkişaf etdikcə T ikifazalı və ya mənfi hala keçir. Səyirici aritmiya qeyd edilir. Xəstələrdə anoreksiya, defekasiyann tezləşməsi, ishal, mədə-bağırsaq krizləri (spazm), qaraciyərin böyüməsi, bəzən hepatomeqaliya meydana çıxır.

Bədən teleqraf sütunu kimi titrəyir, əlin açılmış barmaqlarında, çıxardılmış dildə tremor gorünür, dermoqrafizm sürətlənir, qızarır, vətər refleksləri yüksəlir. Xronik tireotoksik miopatiya, miosteniya, parezlər əzələ atrofiyasına gətirib çıxarır.

Periodik tireotoksik mioplegiya bir neçə saatdan bir neçə günə qədər davam edə bilər. Bu zaman qanda kaliumun miqdarı azalır (Adams). Tireotoksik psixozlar, saçın tökülməsi, dırnaqların sınması, yuxunun pozulması distrofik tireotoksik sindromu təşkil edir.

Diffuz toksiki ur xəstəliyi zamanı tireotoksikoz yarandığı üçün bir qayda olaraq cinsi sistem zədələnir. Yumurtalıqlarda, uşaqlıqda atrofiya əlamətləri tapılır, libido zəifləyir, böyrəküstü vəzin funksiyası əvvəl artır, sonra ciddi zəifləyir. Qanda limfositoz, eozinofiliya qeyd edilir. Sidikdə androqen və qIükokortikoidlərin miqdarı azalır. Timiko-limfatik status qeyd olunur (hiperplaziya timusu, dalağı, bütün limfoid toxumanı əhatə edir).

Diffuz toksiki ur tireotoksik krizin yaranmasının səbəbi ola bilər…

Toksiki ur xəstəliyin gedişində ən təhlükəli sindrom tireotoksik krizdir. Çox vaxt yayın istisində aşkara çıxır. Müxtəlif interkurrent infeksiyaların, operativ müdaxilələrin, fiziki yüklənmənin, dərmanların təsiri altında tireotoksikoz əlamətləri artır, intoksikasiya dərinləşir.

Qızdırma yüksəlir, taxikardiya 200-ə çatır və bəzən ondan da artır, səyirici aritmiya, ekstrasistollar qeyd edilir, ürək çatişmazlığı, ağ ciyərin ödemi ön plana çıxır. Nəhayət, tireotoksik koma inkişaf edir. Qanda hipoqlikemiya, hipokaliemiya, metabolik alkaloz terminal dövrün yaxınlaşdığını göstərir.

Leykopeniya, limfositoz, monositoz, trombositopeniya, eozinofiliya, EÇS-in artması, hipoxrom anemiya, hipokoaqulyasiya növbəti tireotoksik əlamətlər sırasına daxildir. Hipoxolesterinemiya, hipoalbuminemiya, şəkərli diabet əlamətləri birbaşa tireotoksikozla bağlıdır.

Zülalla bağlı yodun konsentrasiyası xeyli yüksəlir. Radioizotop sınaq vəzin yodla hopma dərəcəsini göstərir. Hopma dərəcasi 4 saatdan sonra 90%-dən çox olarsa, sınaq tam diaqnostik əhəmiyyət daşıyır. Qalxanvari vəzin skannasiyasi, əsas mübadilənin təyin olunması diaqnozu dürüstləşdirir. Qanda TSH, tiroksin, triyodtironinin səviyyəsinin təyin olunması diaqnozu tam dürüstləşdirir.

Diffuz toksiki ur revmatizm, neyrosirkulyator distoniya, hipofizin adenoması, daxili orqanların xərçəngi, ürəyin işemik xəstəliyi, vərəm xəstəliyi, mitral qüsurla diferensiyasiya olunur. Proqnoz erkən müalicə başlandığı hallarda xoşagələndir. Tireostatik preparatlardan başqa (merkazolil, kalium perxlorat) radioaktiv yod, cərrahi müdaxilə tövsiyyə olunur.

Radioaktiv yodla (I131) müalicə boyük effektə malikdir. 80-85% hallarda yaxşı nəticə alınır. Cərrahi müdaxilə vəzin subtotal ektamiyasından ibarətdir. Simptomatik müalicəyə amidopirinin, sakitləşdirici preparatların, pananqinin, ürək qlikozidlərinin verilməsi aiddir.

Oxuyucuların şərhləri (2)

  • Salam.mənim oğlumun 2 aylığında gözü zığlanırdı.həm də bayıra yaşıl çıxırdı.çox vaxt qəbz olurdu.nəcisini yoxlatdıqdan sonra həkim dedi ki mikrobu var.benzil pensillin təyin etdi.b 1 lə qarışıq.sonradan gördüm ki uşağın göz bəbəyi böyüdü.zəhmət olmasa deyərdiniz bu nə ilə əlaqədar ola bilər.

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir