Diabet xəstələri siqaret çəkə bilərmi?

Xəstədə şəkərli diabet aşkar edilib-edilməməsindən asılı olmayaraq, siqaret çəkmək hər bir insan orqanizmi üçün zərərlidir. Hal-hazırda gələcək sağlamlığınız üçün atdığınız ən gözəl addım – bu zərərli vərdişdən azad olmaqdır.

diabet və siqaret çəkmək

Mütəmadi siqaret çəkən şəkərli diabet xəstələrində gələcəkdə aşağı ətrafların amputasiya riski, onkoloji və ürək-damar xəstəliklərin, o cümlədən insultun yaranma riski xeyli artır. Əgər Siz və yaxud Sizin yaxınınız bu zərərli vərdişdən qurtulmaq istəyirsinizsə, bu problemlə məşğul olan xüsusi mərkəzlərə müraciət edə bilərsiniz.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir