D vitaminini necə qəbul edək?

Qəbul etdiyiniz D vitaminin təsirini artırmaq üçün 3 əsas qayda:

1. D vitamini D3 formasında olmalıdır. D2 formasında yox.

2. Yağda həll olunan formalarına üstünlük verin. Suda həll olunan formalar, misal üçün Akvadetrim, öd kisəsi çıxarılmış pasiyentlər üçün tövsiyə olunur.

3. D vitamini mütləq yağ tərkibli qidalardan sonra qəbul olunmalıdır (yumurta, avokado. kərə yağı, balıq və s.). D vitamini yalnız yağlarla birlikdə mənimsənilir.

Və, təbii ki, müalicənin effektini görmək üçün D vitamini adekvat dozada və lazım olan müddət ərzində qəbul olunmalıdır. Hər pasient üçün uyğun olan doza endokrinoloq tərəfindən individual olaraq seçilir.

Qəbula düşmək üçün öncədən əlaqə saxlamaq vacibdir!
📞 Əlaqə nömrəsi: (050) 455 80 17
🏥 Ünvan: DIN Hospitalı (Ziya Bünyadov 36)

Bizi instaqramda izləmək üçün BURA keçid edin.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir