D vitaminin qəbulunun sirrləri
27 Mart 2023
D vitaminin yaxşı mənimsənilməsi üçün nələri bilməliyik?
1. D vitaminini yağlı qida qəbulundan sonra qəbul etmək məsləhətdir.
2. D vitaminini D3 (xolekalsiferol) formasında qəbul etməliyik.
3. D vitaminin mənimsənilməsini artıran köməkçilər: K2 vitamini (100 mkq) və Mg (200 mq).
4. Öd daşı xəstəliyində və yaxud öd kisəsinin çıxarılması əməliyyatından sonra suda həll olan D vitamin formasını seçmək lazımdır.
5. Qanda D vitaminin səviyyəsini artırmaq üçün preparatı adekvat dozada qəbul etmək lazımdır.
Adekvat dozanın təyin edilməsi üçün həkim-endokrinoloqunuza müraciət edin.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz