Şəkərli diabet

diabetin diaqnostikası Şəkərli diabet

Şəkərli diabetin diaqnostikasında vacib olan göstəricilər

10.02.2019 Ayna Süleymanova
Comment box Şərh yoxdur

Keçmişdə şəkərli diabet xəstəliyinin diaqnostikası sidikdə qlükozanın aşkarlanmasına əsaslanırdı. Hal-hazırda bu göstərici heç bir diaqnostik əhəmiyyət kəsb etmir. Bu günkü günümüzdə şəkərli diabetin diaqnostikası məqsədilə acqarına qanda qlükozanın səviyyəsinin təyini və oral qlükoza tolerantlıq testi (OQTT) istifadə olunur. Diaqnostika məqsədilə qlükozanın ölçülməsi mütləq venoz qanın plazmasından aparılmalıdır. Xəstələrin özünənəzarət üçün nəzərdə tutulmuş “şəkər ölçmə aparatları” […]

insulinin saxlanma qaydaları Şəkərli diabet

İnsulinin saxlanma qaydaları

31.05.2018 Ayna Süleymanova
Comment box Şərh yoxdur

İstifadədən öncə insulin preparatının üzərindəki son istifadə tarixini mütləq yoxlayın. Müddəti bitmiş insulin preparatı təsiredici effektivliyini itirdiyi üçün ondan istifadə etməyin. Gündəlik istifadə etdiyiniz insulin preparatını 30 gün ərzində adi otaq şəraitində saxlayın (24-25ºC hərarətdən yüksək olmamalı). İstifadə etmədiyiniz ehtiyat insulin şpris-qələmlərini, flakonlarını və ya kartricləri 2-8ºC hərarətdə saxlayın (soyuducunun qapısında məsləhət görülür). İnsulin preparatını […]

hipoqlikemiyanın səbəbləri Şəkərli diabet

Hipoqlikemiya nədir?..

27.01.2017 Ayna Süleymanova
Comment box Şərhin sayı: 3

Hipoqlikemiya qanda qlükozanın səviyyəsinin azalması deməkdir. Yüngül hipoqlikemiya halları təhlükəsiz hesab olunur. Tez-tez ağır hipoqlikemiya halları təhlükəlidir, bu huşun itməsinə və hipoqlikemik komaya gətirib çıxara bilər. Burada yaşdan asılılıq da rol oynayır. Uşağın yaşı nə qədər çoxdursa, o qədər aşağı qlükozaya həssaslığı çox olur. Lakin qeyd etmek lazımdır ki, hipoqlikemiya şəxsə görə individualdır. Hipoqlikemiyanın səbəbləri […]

No thumbnail Şəkərli diabet

C-peptid nəyin göstəricisidir?

24.01.2017 Ayna Süleymanova
Comment box Şərhin sayı: 8

C-peptid nəyin göstəricisidir? Nəyə görə biz endokrinoloqlar onu yoxlayırıq? C-peptid – proinsulin molekulunun bir hissəsidir. Mədəaltı vəzi ilk öncə proinsulin sintez edir. O da vəzi hüceyrələrinə yığılır və lazım olduqda xüsusi fermentlərin köməyi ilə proinsulindən C-peptid aminturşu zənciri ayrılır. Beləliklə proinsulin – aktiv insulin və C-peptidə ayrılır. Bu o deməkdir ki, mədəaltı vazi eyni miqdarda […]

diabetin risk faktorları Şəkərli diabet

Şəkərli diabet – kimlər risk altındadırlar?..

19.11.2016 Ayna Süleymanova
Comment box Şərh yoxdur

Şəkərli diabetin və prediabetin (acqarına qlikemiyanın pozulması və/və yaxud qlükoza tolerantlığının pozulması) müəyyən risk faktorları vardır (nizamlanan və nizamlanmayan). Nizamlanmayan risk faktorları aşağıdakılardır: 45 yaş və yuxarı Ürək-damar xəstəlikləri Anamnezdə hestasion diabetin olması Psixi xəstəlik Birinci dərəcəli qohumluq (ailə üzvlərində şəkərli diabetin olması) Yenidoğulmuşun çəkisinin dörd kiloqramdan çox olması Müəyyən etnik qruplara mənsubiyyət Arterial hipertenziya […]

qlikemiyaya nəzarət Şəkərli diabet

Qanda qlükozaya nəzarətin əsas prinsipləri

18.11.2016 Ayna Süleymanova
Comment box Şərh yoxdur

Qanda qlükozanın (qlikemiyanın) göstəricilərini stabilləşdirmək məqsədilə müalicə zamanı şəkərli diabet xəstələrinin və həkim-endokrinoloqların 2 texnikadan istafadə etmələri məqsədəuyğundur: qlikemiyanın xüsusi aparatla (qlükometrlə) xəstələr tərəfindən qiymətləndirilməsi və qeyd edilməsi. qanda qlikolizə olunmuş hemoqlobinin (HbA1c) miqdarının periodik olaraq ölçülməsi (3-6 aydan bir). Qlikemiyanın şəkərli diabet xəstələri tərəfindən qiymətləndirilməsi gün ərzində çoxsaylı insulin inyeksiyaları alan, həmçinin insulin pompasından istifadə […]

insulindən qorxmayın, insulin müalicəsi Şəkərli diabet

Insulin müalicəsi ilə bağlı səhv düşüncələr…

20.08.2016 Ayna Süleymanova
Comment box Şərhin sayı: 4

Səhv 1. “İnsulin asıllılıq (öyrəşkənlik) yaradır”. İnsulinterapiyası qətiyyən asıllılıq yaratmır! İnsulin də digər şəkərsalıcı həblər kimi adi bir dərmandır. Səhv 2. “Mən, 2-ci tip şəkərli diabet xəstəsiyəm, mənim öz insulinim normaldır, mənə insulin vurmaq olmaz”. Tamamilə yanlış fikirdir. Şəkərli diabet xəstəliyi xroniki və ilərləyici bir xəstəlikdir. Vaxt keçdikcə istifadə etdiyiniz şəkərsalıcı həblər (maksimal doza ilə […]

diabet və siqaret çəkmək Şəkərli diabet

Diabet xəstələri siqaret çəkə bilərmi?

01.05.2016 Ayna Süleymanova
Comment box Şərh yoxdur

Xəstədə şəkərli diabet aşkar edilib-edilməməsindən asılı olmayaraq, siqaret çəkmək hər bir insan orqanizmi üçün zərərlidir. Hal-hazırda gələcək sağlamlığınız üçün atdığınız ən gözəl addım – bu zərərli vərdişdən azad olmaqdır. Mütəmadi siqaret çəkən şəkərli diabet xəstələrində gələcəkdə aşağı ətrafların amputasiya riski, onkoloji və ürək-damar xəstəliklərin, o cümlədən insultun yaranma riski xeyli artır. Əgər Siz və yaxud Sizin yaxınınız […]

qlikolizə olunmuş hemoqlobin Şəkərli diabet

Qlikolizə olunmuş hemoqlobin nədir?

27.03.2016 Ayna Süleymanova
Comment box Şərhin sayı: 4

Qlikolizə olunmuş hemoqlobin – şəkərli diabet zamanı ən vacib laborator müayinə üssullarından biridir. Qlikolizə olunmuş hemoqlobin (HbA1c) eritrositlərin içində yerləşən hemoqlobinin qeyri-fermentativ reaksiya nəticəsində qlukoza molekulalarıyla birləşməsi nəticəsində əmələ gəlir. Hemoqlobin molekulalarının qlukozayla birləşmə prosesinin sürəti qanda şəkərin səviyyəsi artdıqca artir. Eritrositlərin yaşama dövrü orta hesabla 90-110 gün olduğu üçün hemoqlobinin qlikolizə dərəcəsini bu müddət […]

diabetdən sağalmaq mümkündürmü görəsən Şəkərli diabet

Şəkərli diabetdən tam sağalmaq mümkündürmü?

25.07.2015 Ayna Süleymanova
Comment box Şərhin sayı: 6

“Şəkərli diabetdən tam sağalmaq mümkündürmü?…” – bu sual şəkərli diabet xəstələrini və onların yaxın qohumlarını ən çox maraqlandıran suallardan biridir. Əgər Siz də onlardan birisinizsə, monitora yaxın əyləşin, bu gün nəhayət ki, bu sualın ətraflı və düzgün cavabını alacaqsınız!