C-peptid nəyin göstəricisidir?
C-peptid nəyin göstəricisidir? Nəyə görə biz endokrinoloqlar onu yoxlayırıq? C-peptid – proinsulin molekulunun bir hissəsidir. Mədəaltı vəzi ilk öncə proinsulin sintez edir. O da vəzi hüceyrələrinə yığılır və lazım olduqda xüsusi fermentlərin köməyi ilə proinsulindən C-peptid aminturşu zənciri ayrılır. Beləliklə proinsulin – aktiv insulin və C-peptidə ayrılır.
Bu o deməkdir ki, mədəaltı vazi eyni miqdarda insulin və C-peptid sintez edir. Lakin onların qanda miqdarı eyni olmur. Belə ki, insulinin yaşam müddəti 4 dəqiqədir, C-peptidin isə – 20 dəqiqə. C-peptidin uzun yaşam müddəti olduğu üçün onun miqdarına əsasən mədəaltı vəzi nə qədər insulin sintez etdiyi bilinir.
Digər hansı hallarda C-peptid müəyyən olunur:
- şəkərli diabet tip 1 və tip 2 diaqnozuna şübhə olduqda;
- şəkərli diabet olmadıqda – tez-tez hipoqlikemiya hallarında;
- şəkərli diabet tip 2 zamanı insulinoterapiyaya keçmək sualı yarandıqda;
- mədəaltı vəzi çıxarıldıqda;
- polikistoz yumurtalıqlar sindromu olan qadınları müayinə etdikdə.
C-peptid aşağı olduqda böyük ehtimalla birinci tip şəkərli diabetə işarədir. C-peptid normadan çox olduqda tip 2 şəkərli diabet haqqında düşünmək lazımdır ki, bu da hiperinsulinemiya ilə müşahidə olunur. Çox vaxt C-peptid normada ya da normanın aşağı həddində olur. Bu zaman diabetin tipini müəyyən etmek olmur və C-peptidin stimule edici testi aparılır.
Adi səhər yəməyi ilə bu stimulyasiyanı etmək mümkündür. 2-3 ÇV səhər yeməyi qəbul etmək kifayətdir. Səhər yeməyindən 2 saat sonra qandan analiz vermək olar. Sağlam adamda stimulyasiyadan sonra insulin ifrazı olur. Demək C-peptid də 3-4 dəfə çox olacaq. Ən yaxşı hal həm acqarına, həm də stimulyasiyadan sonra göstəricini müəyyən etməkdir.
Mədəaltı vəzi həssaslığı zəiflədikdə belə bir fikir formalaşa bilər ki, mədəaltı vəzi artıq insulin ifrazı tükənib. Lakin insulinlə qısa kurs hissiyatı bərpa edə bilər, və bu cür kursdan sonra C-peptid normallaşar və pasient yenidən tabletşəkilli preparata keçirilə bilər.
Beləliklə əgər xəstədə dekompensasiya varsa və C-peptid normadan aşağıdırsa pasient insulinə keçirilir. 2-3 aydan sonra C-peptid yenidən yoxlanılır. Əgər bu zaman göstəricilər referans həddədirsə insulini kesmək və tabletə keçmək olar. Yox əgər C-peptid artmayıbsa, onda insulinoterapiya ömür boyu saxlanılır.
C-peptidin qalxma səbəbləri:
- şəkərli diabet tip 2;
- stimuləedici şəkərsalıcı preparatların qəbulu;
- insulinoma;
- Kuşinq xəstəliyi;
- polikistoz yumurtalıqlar sindromu;
- estrogen, progesteron, qlükokortikoid qəbulu.
C-peptidin enmə səbəbləri:
- şəkərli diabet tip 1;
- stress;
- spirtli içkilərin qəbulu.
Təşəkkürlər!
Mənde c_pepdut yüksək göstərib, bunu aşağı salmaq olar
Niyə aşağı salmaq istəyirsiniz ki? Artıq çəki varsa kilo kontrolu olmağı məsləhət görülür.
Çox gözel ve sade dilde izah olunmuşdu. Müellife öz derin teşekkürümü bildirirem.
Təşəkkür edirəm.
Məndə c ppd aşağı çıxıb amma seker yoxdu ne ilə əlaqədər olar
Məsələn, çəkinizin aşağı olması ilə.
C, pepdit aşağı olub, məndə, hekim deyir 1,5 tip sekerdi,c- pepditi qaldırmaq olur?