Bazedov xəstəliyinin əsas simptomları
Diffuz toksik urun (Bazedov xəstəliyinin) əsas simptomları bunlardır: qalxanvari vəzinin böyüməsi, əsəbilik, ağlağanlıq, zəiflik (subyektiv olaraq), tərləmə, ürək döyünməsi, əllərin əsməsi (tremor simptomu), arıqlama, əmək iqtidarının azalması, təngənəfəslik, ürəyin hüdudlarıın genişlənməsi, artmada olan ekzoftalmiya (donbalan gözlülük), psixomotor oyanma, yuxunun pozulması, ödemlər, yaddaşın zəifləməsi, menstrual tsiklin pozulması, səyrici aritmiya, assit.
Tireotoksikoz zamanı yuxarıda sadalanan simpromlardan əlavə bir sıra göz simptomları müşahidə edilir ki, həkim-endokrinoloq baxış zamanı bunların olub-olmamasını müəyyən etməlidir.
- Jofrua simptomu – xəstə yuxarıya baxdıqda alında qırışlar əmələ gəlir. Hipotireoz zamanı əksinə olaraq göz yarıığı ensiz olur, göz qapaqları sallanır, şişir, sanki üzdə yuxululuq ifadəsi hasil olur.
- Qrefe simptomu – aşağı baxdıqda üst göz qapağı geri qalır.
- Mebius simptomu – konvergensiyanın pozulmasından ibarətdir, belə ki, hər hansı bir cismi xəstənin üzünə yaxınlaşdırdıqda gözlərdən birinin və ya hər ikisinin təqəllüs etməsi görülür.
- Dalrimpel simptomu – göz yarığı geniş açılmış olur.
- Koxer simptomu – xəstə qəfildən baxışını dəyişdirdikdə, xüsusilə yuxarıya və ya yana baxdıqda, üst göz qapağının retraksiyası və buynuz qişadan yuxarıya ağlı qişanın bir hissəsinin üzərinin açıq qalması məlum olur.
- Ştelvaq simptomu – kipriklərin qırılması, belə xəstələrin çox hissəsində gözlər tərəfindən daha bir sıra aydın dəyişikliklər gözə çarpır.
Tireotoksikozda dombalan gözlülük (ekzoftalmiya), hipotireoz və xüsusilə anadangəlmə miksödemdə isə göz almasının içəri batması (enoftalmiya) müşahidə edilir. Qalxanabənzər vəzinin xəstəliklərində funksional pozuntuların baş verməsi fonunda ürək-damar sistemi tərəfindən xarakter dəyişikliklər müşahidə edilir. Tireotoksikozda ürək doyüntülərin sayı artır (sürətlənir) – taxikardiya, hipotireozda isə azalır (bradikardiya).
Xəstəliyin davamı müddətindən və qğırlıq dərəcəsindən asılı olaraq həm hipertireoidizm və həm də hipotireoidizm zamanı ürəyin ölçüləri böyüyür: ağır miokard distrofiyası baş verir, xüsusilə bu zaman ürək çatmamazlığı inkişaf etmiş olduqda isə ürəyin ölçüləri çox böyüyür.
Belə hallarda perkutor olaraq ürək kütlüyü, əslində ürək proyeksiyasından daha geniş bir sahədə müəyyən edilir. Auskultasiya zamanı isə ürək tonlarının dəyişməsi (tonların boğuqluğu, ikiləşməsi) və sistolik küylər aşkar olunur.
Diffuz toksik ur xəstəliyi zamanı qan təzyiqi tərəfindən törəyən dəyişikliklər onun sistoloji kəmiyyətinin yüksəlməsi və diastoloji kəmiyyətinin isə əksilməsindən və nəbzin amplitudasının artmasından ibarət olur. Hipotireoz zamanı isə qan təzyiqi alçaq, amplituda və nəbz azalmış olur.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz