İkincili hipertoniya nədir və ondan nə zaman şübhələnmək olar?

Hər hansı bir səbəbdən (altda yatan xəstəlikdən) yaranan yüksək təzyiq İKİNCİLİ HİPERTONİYA adlandırılır. Misal üçün şəkərli diabet, zəhərli zob və s.

Əgər sizdə:
✔ Yüksək təzyiq cavan yaşda yaranıbsa;
✔ Çeşidli dərman preparatların qəbulu fonunda təzyiq normallaşmırsa;
✔ Yaxın qohumlar arasında ürək-damar xəstəliklərindən cavan yaşdan əziyyət çəkən və ya ölüm halları olubsa;
✔ Qanda Kaliumun miqdarı aşağı çıxıbsa;
✔ Təzyiq yüksəlmələri üz dərisinin qızarması və ya avazıması, əllərin əsməsi, ürək döyüntülərinin sayının artması və baş ağrıları ilə birgə rast gəlinirsə ENDOKRİNOLOQA MÜRACİƏT ETMƏYİNİZ VACİBDİR!

İkincili hipertoniyanın müalicəsinin əsasında yüksək təzyiqə səbəb olan xəstəliyin aradan qaldırılması durur.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir