Arıqlama iynələri arıqladırmı?

Arıqlama iynələri son zamanlar deyərdim ki, ən sıx istifadə olunan dərmanlar siyahısındadır. Hər 3-4 pasiyentdən biri bizə arıqlamaq üçün müraciət edir. Və hamını maraqlandıran sual: mən bu iynələrdən həqiqətənmi arıqlayacam? Dərmanı kəsəndən sonra yenə kökəlmə baş berəcəkmi? Gəlin bunlara nəzər yetirək.

İlk öncə onu deyim ki, hər hansı bir arıqlama iynəsi pasiyent tərəfindən özbaşına qəbul olunmamalıdır. Baxmayaraq ki, bu qrup dərmanlar FDA tərəfindən təsdiqini tapıb, mütləq şəkildə həkim nəzərəti altında təyin olunmalıdırlar. Ola bilsin ki, pasiyent bizə müarciət etdikdə biz onun bu preparatın qəbuluna göstəriş olmadığını təyin edək. Və yaxud da əks göstərişin olduğunu müəyyənləşdirək.

Onu da deyim ki, arıqlama iynələri dedikdə biz bir neçə preparat nəzərdə tuturuq. Baxmayaraq ki, bu preparatlar eyni təsir mexanizmə malikdirlər, hər birinin öz göstərişi və özünəməxsus xüsussiyəti vardır. Və mütləq şəkildə həkim-endokrinoloq tərəfindən təyin olunmalıdır.

Qəbula düşmək üçün öncədən əlaqə saxlamaq vacibdir!
📞 Əlaqə nömrəsi: (050) 455 80 17
🏥 Ünvan: DIN Hospitalı (Ziya Bünyadov 36)

Bizi instaqramda izləmək üçün BURA keçid edin.

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir