Haqqımızda
Həkim-endokrinoloq Ayna Süleymanova 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur.
2005-ci ildə universiteti bitirərək, həkim-endokrinoloq ixtisasını almış və 2005-2006-cı illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ixtisas üzrə internatura kursunu keçmişdir.
2006-2017-ci illərdə Azərbaycan Respublikası Səhiyyə nazirliyinin nəzdində olan Yazıçılar birliyinin poliklinikasında həkim-endokrinoloq vəzifəsində çalışıb.
Endokrinologiya üzrə bir çox elmi konfranslarda və seminarlarda iştirak etmişdir. 2014-cü ildə Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 1 ay müddətində endokrinologiya ixtisası üzrə kurs keçmişdir. Daha sonra Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır.
2016-cı ildə Ankarada «Hacettepe Universitesi» Tıp Fakültesində Endokrinoloji Bölüm Ana Bilim dalında kurs keçmişdir.
Hal-hazırda həkim DİN Hospitalında endokrin pozğunluqla bağlı xəstəliklərin müalicəsini həyata keçirir.
- Şəkərli diabet
- Tiroid xəstəlikləri
- Hormonal disfunksiya
- Osteoporoz
- Böyümə geriliyi
- Hiperprolaktinemiya
- Metabolik pozğunluqlar
- Piylənmə
- Yağ metabolizması ilə əlaqədar xəstəliklər
- Daxili sekresiya vəzilərinin digər patologiyası
Əlaqə üçün məlumat:
050-455 8017